Pluşki

Bulki resepti Pluski

Bulki resepti Pluski

Bulki resepti Pluski

Xarici dillərdə bəzi yemək adları vardır ki, onların bizim dilə birbaşa tərcüməsi yoxdur. Mənim fikrimcə belə yeməklərin adlarını olduğu kimi saxlamaq lazımdır. Bu adlardan biri də “плюшки” dir. Məşhur cizgi filmi qəhrəmanı Karlson onları çox sevirdi. Əminəm ki, siz də çox sevəcəksiniz.

Lazım olan ərzaqlar:

  • 250 ml süd (1stəkan)
  • 3 xörək qaşığı şəkər tozu
  • 1 çimdik duz
  • 1 dolu çay qaşığı maya
  • 2 yumurta
  • 50 qr kərə yağı
  • 40 ml duru yağ (2-3 xörək qaşığı)
  • 3 stəkan un
  • vanilin

İçi üçün :

  • 50 qr yumşalmış kərə yağı
  • Yarım stəkan şəkər tozu

Üstü üçün:

  • 1 yumurta

Xəmir üçün ilıq südə maya, 2 xörək qaşığı şəkər tozu töküb mayanın köpməyini gözləyin. Maya köpəndə ələnmiş una mayalı südü, ərinmiş kərə yağı və duru yağı, duz, vanilin, yumurtaları əlavə edib yumşaq, ələ yapışmayan xəmir yoğurun. İsti bir yerdə dəsmala büküb 1 saata qədər isti yerdə saxlayın.

Xəmiri təxminən yumurta böyüklüyündə kündələrə bölün.

Hər kündəni oval formada yayıb içinə yumşalmış kərə yağı çəkib 1 çay qaşığı şəkər tozu səpin. Sonra uzun tərəfindən rulet kimi büküb, ruleti ortadan qatlayıb uclarını birləşdirin. Sonra bükdüyünüz xəmiri şəkildəki kimi ortadan axıra qədər olmamaq şərti ilə kəsin və ürək formasında açın.

Soba tavasını yağlayıb bulkiləri yığın və üzərini örtüb 30 dəqiqə isti yerdə saxlayın. Sonra üzərinə yumurta çəkin.

180 dərəcəli sobada 30 dəqiqə bişirin.

Bu bulkilər sabaha qaldıqda da çox yumşaq olur.

Nuş olsun!

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

 

By | 2017-03-24T12:10:26+00:00 April 20th, 2015|Xəmir İşləri|0 Comments

Leave A Comment