Vatruşka

Bulki resepti Vatruska

Bulki resepti Vatruska

Bulki resepti Vatruska

Bu kökələrin adı bir çox slavyan xalqlarının dilində eyni mənanı daşıyan “vatra” sözündən götürülüb. Mənası od, alov deməkdir. Çox güman ki, bu qədim slavyan kökələrinin adı təsadüfən belə qoyulmayıb, onlar formasına görə də günəşi xatırladırlar. Əvvəllər vatruşkanı böyük dairəvi formada bişirib, doğrayıb yeyirdilər. Sonralar belə kiçik kökələr şəklində, müxtəlif içliklərlə hazırlandı. İçlik kimi cem və mürəbbə də istifadə olunur, amma vatruşka əsasən kəsmikli içliklə hazırlanır.
Bu vatruşkaları mən evdə hazırladığım kəsmiklə bişirmişəm. İndi keçək reseptə. Əvvəl kəsmiyimizi hazırlayaq, sonra vatruşkaları.

Ərzaqlar:

  • Xəmir üçün:
  • 2 yumurta ( + 1 yumurta üzəri üçün)
  • 1 armudu stəkanın 3/4 qədəri duru yağ (mən qarğıdalı yağı istifadə etdim)
  • 500 qr un
  • 4 x.q şəkər tozu
  • 0.5 ç.q duz
  • 1 ç.q. maya
  • 200 ml su

İçi üçün:

  • 250 qr kəsmik
  • 2 x.q. şəkər tozu
  • 1 x.q. un
  • 1 ovuc kişmiş

Kəsmiyin hazırlanması üçün:

  • 1 litr süd
  • 2 x.q qatıq

Kəsmik hazırlamaq üçün əvvəlcə südü qazana töküb qaynadın, sonra qaynar südə qatığı əlavə edib qarışdırın və bir az gözləyin. 5-6 dəqiqə içində süddə dənəvər çəkildə kəsmik ayrılmağa başlayacaq.

əsmik tam ayrılanda süzgəc qaşığı ilə kəsmiyi yığın..

və tənzif və ya təmiz nazik parça üzərinə töküb artıq suyunu süzün. Tənzifdə çox saxlasanız kəsmiyiniz quru alınacaq. 5-10 dəqiqə saxlasanız yumşaq, daha sulu olacaq. İstəyinizə uyğun quruluq alınanda kəsmiyi qaba yığın və istədiyiniz kimi istifadə edin.

Kəsmik süddən bu şəkildə ayrılır.

Artıq qalan suyu isə atmayın, tərkibi çox xeyirlidir. Bu sudan xəmir yoğurmaq üçün istifadə edə bilərsiz. Çörək, bulki, blini və s. xəmirinə istifadə etsəniz həm dadlı, həm də xeyirli olar.

İndi isə vatrushkaları hazırlayaq. Əvvəlcə içlik hazırlayaq.

İçlik üçün lazım olan bütün ərzaqları bir qaba töküb yaxşı qarışdırın.

Xəmiri yoğurmaq üçün ilıq suya mayanı və şəkəri töküb mayanın köpməyini gözləyin. Unun içinə çuxur kimi açıb yumurtaları, duz , yağı, köpmüş maya qarışığını əlavə edib suyu az az tökərək xəmir yoğurun. Xəmir ələ yapışmayan, yumşaq olmalıdır. Xəmiri bir qaba qoyub üstünü örtüb 1-2 saat isti yerdə mayalandırın.

Sonra xəmiri kiçik kündələrə ayırın.

Soba qabını yağlayın və kündələri əlinizlə yastılayıb qaba düzün. Üzərini örtüb 20 dəqiqə saxlayın.

Sonra kündələrin üzərinə stəkanın altı ilə belə çuxurlar açın və yumurta çəkin.

Bu çuxurlara kəsmikli içlikdən qoyun.

Və 190 dərəcədə 30 dəqiqə üzəri qızarana kimi bişirin.

Bu da bizim vatruşkalar 🙂

Pambıq kimi yumşaq..

Və çox ləzzətli…

Nuş olsun! 🙂

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-03-24T17:28:07+00:00 December 11th, 2014|Xəmir İşləri|0 Comments

Leave A Comment