//Mayonezli Çiyələk Piroqu

Mayonezli Çiyələk Piroqu

Ciyelekli piroq resepti

 

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda da istifadə etmək mümkündür. Bu reseptlərdən daha çox Sovet dövründə analarımız istifadə ediblər.

Mayonez nədir? Bizim ölkədə yaşayanlar üçün mayonez daha çox sovet dövrü mətbəxinin simvollarından biridir, nəinki, Fransız mətbəxinə aid bir sous. Bütün dünyada mayonez – ketçup və xardal ilə birlikdə ən məşhur 3 sousdan biri kimi tanınır. Mayonezi konditer məmulatlarına vurduqda xəmir elastik və məsaməli alınır. Bu, mayonezin tərkibində olan bitki yağının hesabına baş verir.

Bu gün sizə xəmiri mayonez əsasında hazırlanan ciyelekli piroq resepti təqdim etmək istəyirəm. Yuxarıda qeyd etdiyim kimi mayonezin hesabına bu piroqun xəmiri havalı və məsaməli alınır.

Lazım olan ərzaqlar:

  • 3 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 4 xörək qaşığı mayonez
  • 1 stəkan un
  • 300 qr. çiyələk
  • vanilli şəkər 10 qr. (1 paket)
  • qabartma tozu 1 çay qaşığı
  • bir çimdik duz

Əvvəlcə bir qaba yumurtaları və şəkəri əlavə edin. Mikser ilə ağarıb köpüklənənə qədər qarışdırın.

Daha sonra mayonezi əlavə edin. Vanili də əlavə edib yenə mikser vasitəsi ilə qarışdırın. Bir çimdik duz əlavə edin.

Başqa bir qabda quru ərzaqları – un və qabartma tozunu qarışdırın. Az-az duru məhlula əlavə edib qaşıq və ya spatula ilə ehtiyatla un həll olana qədər qarışdırın. Xəmirdə un topalarının qalmamasına fikir verin.

Piroqu bişirəcəyiniz qabı yağlayın. Hazırladığınız piroq məhlulunu qaba töküb üzərini qaşıqla bərabəqləşdirin.

Çiyələkləri əvvəlcədən yuyub suyunu qurudun. Təmizləyib iki yerə bölün. Doğradığınız çiyələkləri piroqun üzərinə sıx şəkildə düzün.

180 dərəcəyə qədər isidilmiş sobada 30 dəqiqə bişirin. Piroq hazır olub soyuduqdan sonra üzərinə şəkər kirşanı səpə bilərsiniz.

Ciyelekli piroq resepti

Nuş olsun!

ciyelekli piroq resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-07-12T16:43:29+00:00 July 12th, 2017|Şirniyyatlar|2 Comments

2 Comments

  1. Mehin July 12, 2017 at 5:50 pm - Reply

    Yağ yoxdu ama hec bilinmir. Doğurdan da havalı ve qeseng görünür. Ellerinizle sağlıq Müjgan xanım.

    • Mujgan July 12, 2017 at 5:59 pm - Reply

      Yağı mayonez əvəz edib 🙂 çox sağ olun 🙂

Leave A Comment