Dovğa

Dovga resepti.

Həm isti, həm soyuq yeyilən, qatıqdan hazırlanan bu şorba Azərbaycan mətbəxinə aid olan fərqli yeməklərdən biridir.
Dovğaya müxtəlif göyərtilər vurula bilər. Zövqə görə noxud da əlavə etmək olar. Bəzən isə dovğanın içərisinə kiçik küftəciklər də əlavə olunur.

Lazım olan ərzaqlar:

  • 3 litr qatıq
  • Yumurta 2 ədəd
  • 2 xörək qaşığı un (dolu olmasın) və 2 xörək qaşığı yumru düyü
  • 2 dəstə keşniş və 2 dəstə şüyüd
  • nanə
  • göy soğan
  • duz

Un, yumurta, düyü birlikdə qarışdırılır, sonra qatığı öz qabında yaxşı qarışdırıb bura əlavə edib hamısını birlikdə qarışdırın. Qatığa bir az su qatın, suyun miqdarını qatığın duru və ya qatı olmasına görə özünüz dəyişdirin. Bu qarışımı qazın üzərinə qoyub taxta qaşıqla qaynayana qədər qarışdırın.

Göyərtiləri yuyub suyu quruduqdan sonra xırda doğrayın.

Qatıq qaynadıqdan və düyü bişdikdən sonra altını söndürüb göyərtini əlavə edirik. Mən göyərtini bişirməyi sevmirəm, həm dadı, həm vitamini itməsin deyə. Zövqə görə bir az duz da əlavə edin.

Dovğa hazırdır.

Nuş olsun!

Dovga resepti

Dovga resepti

By | 2017-03-20T19:48:43+00:00 October 7th, 2015|Milli, Şorbalar|0 Comments

Leave A Comment