/, Şorbalar/Düşbərə

Düşbərə

Dusbere resepti.

Azərbaycan mətbəxinin ən dadlı yeməklərindən biri də düşbərədir. Düşbərə nazik yayılmış xəmirdən kiçik kvadratlar kəsilərək içinə ət qoyulub bükülür və ət bulyonu və ya suda bişirilir. Süfrəyə sarımsaqlı sirkə və ya sadəcə sirkə ilə verilir, üzərinə nanə qurusu səpilir.

Lazım olan ərzaqlar:

  • 1/2 çay qaşığı duz
  • 3 stəkan un
  • 1 yumurta
  • 1 stəkan su (təxminən)

İçi üçün:

  • duz
  • 300 qr qoyun əti (1 ədəd soğan ilə çəkilmiş)
  • istiot

Un, yumurta, duz və su ilə xəmir yoğurun. Xəmir nə çox bərk, nə də yumşaq olmalıdır. 15-20 dəqiqə xəmiri dinləndirin.

Sonra xəmiri kündələrə bölün.

Hər kündəni nazik yayıb, təxminən 2sm tərəfi olan kvadratlar şəklində kəsin. Kvadratların içərisinə ət qoyun.

Düşbərələri büküb taxtanın üzərinə düzün.
Bir qazanda suyu qaynadın və qaynayan suya düşbərələri əlavə edin. Duz və bir az sarıkök əlavə edin. Düşbərələr suyun üzünə çıxdıqda bişmiş sayılır.

Süfrəyə verdikdə üzərinə nanə qurusu səpin və yanında sirkə qoyun.
Nuş olsun!

Dusbere resepti

Dusbere resepti

 

By | 2017-03-20T19:45:23+00:00 October 4th, 2015|Milli, Şorbalar|0 Comments

Leave A Comment