//Gül Kələmi Şorbası

Gül Kələmi Şorbası

Gul kelemi sorbasi

Gül kələmi bir çox faydalı xüsusiyyətləri olan kələm növüdür. Onun tərkibində adi kələmdən daha çox C vitamini, zülallar, PP, A, B qrup vitaminlər, K, Ca, Mg, Na və Fe kimi elementlər var. Kalorisi çox az olduğu üçün dietik yeməklərdə geniş istifadə olunur.

Lazım olan ərzaqlar:

  • 200 ml qaymaq
  • 1 orta ölçülü gül kələmi
  • 1,5 litr su və ya toyuq bulyonu
  • istiot
  • 50 qr kərə yağı
  • 1 baş soğan
  • 3 kiçik kartof
  • duz

Soğanı xırda doğrayıb kərə yağında qızardın.

Gül kələmini kiçik hissələrə ayırın.

Kartofu da doğrayıb gül kələmi ilə birlikdə qızarmış soğanın üzərinə əlavə edib bir az qovurun.

Tərəvəzlərin üzərinə suyu əlavə edib duz, istiot vurub orta odda qaynadın.

Gül kələmi və karof yumşalanda kənara çəkib blenderlə püre halına gələnə qədər qarışdırın.

Qaymağı da əlavə edib 5 dəqiqə bişirib kənara çəkin.

Süfrəyə suxari və ya az yağda qızardılmış çörəklə verin.

Nuş olsun!

Gul kelemi sorbasi

Gul kelemi sorbasi

By | 2017-03-21T10:13:51+00:00 June 27th, 2015|Şorbalar|0 Comments

Leave A Comment