//Gül Kələmi Yeməyi

Gül Kələmi Yeməyi

Gul kelemi yemeyi

Kalsium və dəmir elementləri ilə zəngin olan gül kələmi orqanizmimiz üçün çox faydalıdır. Buna görə də bu kələm növünü yemək rasionumuzdan əksik etməməliyik.

Lazım olan ərzaqlar:

  • keşniş
  • kərə yağı
  • 2-3 ədəd kartof
  • 1 ədəd orta ölçülü gül kələm
  • 1 baş soğan
  • 2 ədəd yumurta
  • duz
  • şüyüd

Soğanı xırda doğrayın. Gül kələmini kiçik hissələrə bölün, kartofu kub şəklində doğrayın.

Kərə yağında soğanı şəffaflaşana qədər bişirin.

Üzərinə kartof və kələmi əlavə edib əvvəlcə qapağı bağlı şəkildə tərəvəzlər yumşalana qədər bişirin. Daha sonra qapağını açıb 5-10 dəqiqə də bişirin. Duz əlavə edib qarışdırın.

Yumurtanı bir qabda qarışdırıb tərəvəzlərin üzərindən əlavə edib, 3-4 dəqiqə bişirib altını söndürün.

Süfrəyə verdikdə üzərinə xırda doğranmış göyərti səpin.
Nuş olsun!

Gul kelemi yemeyi

Gul kelemi yemeyi

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

 

By | 2017-03-19T14:11:49+00:00 March 30th, 2016|Əsas Yeməklər|0 Comments

Leave A Comment