Haqqında 2017-06-13T01:04:04+00:00

Haqqımda deyilənlər

“Öncə Müjgan xanımın sosial şəbəkədə səhifəsi keyfiyyəti, estetik və iştahlı şəkilləri ilə məni cəlb etdi. Sonra biz nəinki bir-birimizi yaxından tanıdıq həmçinin maraqlı iş birliyi də qurduq. Hal-hazırda Gilasmagazine jurnalının komandasında bir çalışırıq. Müjganın öz dəsti-xətti və tərzi olduğuna görə onun daha çox uğur qazanacağına əminəm və ona işlərində müvəffəqiyyətlər arzulayıram.”

Fidan Məmmədova, Gilasmagazine - Chief Editor

“Müjgan xanımın çəkdiyi fotoları çox bəyənirəm. Kreativ və peşəkar fotoqrafdır. Gənc olduğuna baxmayaraq dünya görüşü geniş və fantaziyası zəngin insandır.”

Aytən Abbasova, Ronnefeldt Azerbaijan - General Director

Müjgan xanımla tanışlığımız və əməkdaşlığımız yeni olduğuna baxmayaraq, onun haqda özünə müraciət etməzdən öncə gördüyü işlər əsasında yaranan təsəvvürümüz əməkdaşlığa başladığımızdan etibarən tam olaraq təsdiqləndi. MEC Azerbaijan komandası olaraq biznes partnyorumuz Meçta xozyayki brendi üzrə Müjgan xanımın resept və foto işləri ilə əməkdaşlığa başladıq və işinə yanaşdığı tərzi, məsuliyyəti və ən əsası mədəniyyəti gələcəkdə planlanan layihələr üzrə əməkdaşlıqlıq üçün böyük bünövrə oldu.

Sabina Nelyubina