Julyen

Julyen resepti

Müasir kulinariyada jülyen dedikdə göbələk və toyuqdan, dəniz məhsullarından hazırlanan məşhur və ləzzətli yemək nəzərdə tutulur.
Jülyen adı ilk dəfə fransız aşbazı F.Massialonun kulinariya kitabında işlədilmişdir və mənası tərəvəzlərin şorba və salatlar üçün xüsusi doğranma üsulunun adını bildirir. Nazik, uzun doğranmış tərəvəzlərə jülyen doğrama deyirlər. Bu yeməyin adı da yəqin ki, tərkibinə daxil olan göbələk və digər ərzaqların nazik, uzun doğranması ilə əlaqədərdir. Jülyendə istifadə olunan sous Beşamel sousu adlanır və bu sous haqqında jülyenin özündən daha çox danışmaq olar. Südlə hazırlanan bu sous avropa mətbəxinin bir çox yeməklərində istifadə olunur və çox məşhurdur.

Lazım olan ərzaqlar:

  • 500 qr toyuq döş əti
  • 500 qr şampinyon göbələk
  • 1 ədəd soğan
  • 200 qr holland pendiri
  • 300-350 ml qaymaq (15-25% li ) və ya xama
  • 2 xörək qaşığı un
  • duz
  • istiot
  • bitki yağı

Toyuğun döş ətini suda qaynadın. Suya zövqə görə yumru qara istiot və dəfnə yarpağı da ata bilərsiniz.

Soğanı yarım halqa şəklində incə doğrayıb yağda yumşalıb qızılı rəng alana qədər qızardın.

Göbələyi nazik yarım halqalar şəklində doğrayın.

Doğranmış göbələkləri soğana əlavə edib birlikdə göbələyin suyu çəkilənə qədər qızardın.

Bişmiş toyuğu soyuduqdan sonra nazik uzun doğrayın və göbələklərin üzərinə töküb, duz, istiot vurub qarışdırın.

Beşamel sousu üçün unu təmiz bir tavada iyi çıxana qədər qovurub sürətli qarışdırmaq şərti ilə qaymağı əlavə edin və qatılaşana qədər bişirin, duz və istiot vurub oddan götürün. Bu sousu da yeməyə qatıb hamısını birlikdə qarışdırın.

Hazırladığınız qarışımı qablara töküb üzərinə sürtkəcdən keçirilmiş pendir əlavə edib sobada üzəri qızarana qədər 180 dərəcədə bişirin.
Əgər belə kiçik qablarınız yoxdursa bir böyük qabda da bişirə bilərsiniz.

Süfrəyə isti-isti verin.

Nuş olsun!

Julyen resepti

Julyen resepti

By | 2017-03-21T13:21:42+00:00 June 15th, 2015|Qəlyanaltılar|0 Comments

Leave A Comment