//Kartof Qraten

Kartof Qraten

Kartof qraten

Kartof elə bir ərzaqdır ki, evdə istənilən vaxt olur. Kartofla bağlı ağlınıza ilk olaraq kartof qızartması gəlsə də, bu sadə tərəvəzdən çox fərqli və maraqlı yemək hazırlamaq olar. Qraten dofinua – adı çox dəbdəbəli səslənsə də yeməyin tarixi dadlı, tutumlu yemək istəyən sadə bir kəndli ilə bağlıdır. Qraten dofinua , kartof qraten yeməyi Fransada çox məşhurdur, demək olar ki, hər bistro və ev yeməyi hazırlayan restoranlarda təklif olunur.
Ərzaqları çox sadə olsa da qaymaqlı və pendirli sous yeməyə təkrarolunmaz ləzzət verir.

Lazım olan ərzaqlar:

  • 150-200 qr holland pendiri
  • 2 stəkan (500ml) süd
  • 1 ədəd soğan
  • 6 ədəd kartof
  • 50 qr kərə yağı
  • 3 xörək qaşığı un
  • duz, istiot

Əvvəlcə kartof və soğanı soyub nazik, dairəvi şəkildə doğramaq lazımdır.
Bu prosesdə mənə Bosch MUM 5 mətbəx kombaynının doğrayıcısı kömək oldu. Kartofları 2 dəqiqəyə eyni ölçüdə, nazik doğradı. Soğanı isə artıq göz yaşlarına qərq olmadan doğraya bilirəm :))

Sous üçün yağı qazanda əridin , üzərinə unu əlavə edib azca qovurun. Südü də qarışdıra-qarışdıra bura əlavə edib məhlul qatılaşana qədər orta odda təxminən 5 dəqiqə bişirin.
Məhlul qatılaşanda isə sürtkəcdən keçirilmiş pendir əlavə edib qarışdırın və altını söndürün.

Soba üçün qabı yağlayıb kartofun yarısını düzün, üzərindən soğan töküb duz və istiot əlavə edin.
Sousun yarısını da soğanın üzərindən gəzdirin.

Sonra qalan kartofu da düzüb sousun qalan hissəsini üzərinə tökün.
Qabın üzərini aliminium folqa ilə bağlayıb 200 dərəcəli sobada 1-1,5 saat bişirin.
Bişənə yaxın folqanı açıb 5-10 dəqiqə də açıq şəkildə bişirin ki, üzəri qızarsın.

Çox asan başa gələn, ləzzətli və tutumlu yeməkdir.

Nuş olsun!

"<yoastmark

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-03-19T09:10:15+00:00 July 10th, 2016|Əsas Yeməklər|0 Comments

Leave A Comment