//Mayonezli Kişmişli Keks

Mayonezli Kişmişli Keks

Kismisli keks resepti

Bu vaxta qədər çox sayda fərqli tərkibli kekslər, maffinlər hazırlamışdım. Amma mayonezlə bu ilk sınağım idi. Bəlkə qəribə səslənə bilər. Mən də bu kekslər bişənə qədər narahat idim, görəsən dadında mayonez hiss olunacaq, görəsən necə alınacaq deyə. Amma nəticə məni həqiqətən təəccübləndirdi, çox dadlı kekslər alındı. Mayonez sayəsində kekslərin üzəri qızarmış və xırtıldayan, içi isə yumşaq və havalı alındı. Bu kekslər tez və asan hazırlanır, hər zaman evdə əl altda olan ərzaqlar istifadə olunur. Həm ürəyiniz şirniyyat istəyən zaman tez hazırlaya biləcəyiniz, həm uşaqlara məktəbə qoya biləcəyiniz şirniyyatdır.

Lazım olan ərzaqlar:

  • 3 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 2 stəkan un
  • 150 qr. mayonez
  • Kişmiş 1 stəkan
  • 1 çay qaşığı şəkərli vanil və ya vanil ekstraktı
  • 1 çay qaşığı qabartma tozu

Üç yumurtanı 1 stəkan şəkər tozu ilə ağarana qədər mikser vasitəsilə qarışdırın.

Vanil və mayonezi də bura əlavə edib eynicinsli konsistensiya əmələ gələnə qədər mikserlə qarışdırmağa davam edin.

Un və qabartma tozunu bir qabda qarışdırın və ələkdən keçirib hissə-hissə keks məhluluna əlavə edib qaşıqla ehtiyatla qarışdırın. Un tam qarışana qədər davam edin, keksin içərisində həll olmamış un kütlələri qalmamalıdır.

Unu qarışdırdıqdan sonra bura kişmişi əlavə edin və yenə də qaşıqla qarışdırın.

Kiçik keks qablarını ya yapışmayan kağız, ya da kərə yağı ilə yağlayın. Keks xəmirindən qabın 2/3 nə qədər doldurun. Qalan hissəni isə keks bişib şişəcəyi üçün boş saxlayırıq. Sobanı 180 dərəcəyə qədər isidib keksləri 30 dəqiqə bişirin. Hazır olub-olmadığını çöp ilə yoxlaya bilərsiniz.

Kekslərimiz artıq hazırdır.

Nuş olsun!

Kismisli keks resepti

Kismisli keks resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-05-14T11:43:23+00:00 May 13th, 2017|Şirniyyatlar|2 Comments

2 Comments

  1. Ayten June 12, 2017 at 12:17 pm - Reply

    salam. 150 q mayanezi necə tutuzdurum. məsələn neçə xörək qaşığı

    • Müjgan June 12, 2017 at 1:45 pm - Reply

      Salam. Bir xörək qaşığı 25 qr tam dolu olmamaq şərti ilə mayonez tutur. 150 qr 6 xörək qaşığı edəcək.

Leave A Comment