//Kəsmikli Kökələr

Kəsmikli Kökələr

Koke resepti kesmikli

Rus dilində “сырники” deyilən bu kəsmikli kökələri səhər yeməyinə hazırlaya bilərsiniz. Uşaqlar üçün də çox xeyirlidir. Hazırlanması çox vaxt və zəhmət tələb etmir.

Lazım olan ərzaqlar:

  • qızartmaq üçün bitki yağı
  • şəkərli vanilin 1 çay qaşığı
  • 2 yumurta
  • 500 qr kəsmik
  • 4-5 xörək qaşığı şəkər tozu
  • 100 qr un
  • bir çimdik duz

Kəsmiyi çəngəl ilə yaxşı əzin və ya blenderdə xırdalayın. Yumurtaları, şəkər tozu, vanilin və bir çimdik duz əlavə edib yaxşı qarışdırın.

Unu da əlavə edib qarışdırın.

Qaşıq ilə kəsmikli xəmirdən götürüb əlinizlə forma verin. Əlinizə yapışmaması üçün əlinizi su ilə islada bilərsiniz.
Forma verdiyiniz kökələrin hər tərfini una batırın.

Tavada bir az bitki yağı qızdırıb kökələri düzün və qapağı bağlı şəkildə az odda hər iki üzünü qızardın.

Süfrəyə xama ilə və ya istədiyiniz başqa sousla verə bilərsiniz.

Nuş olsun!

Koke resepti kesmikli

Koke resepti kesmikli

By | 2017-03-21T13:33:18+00:00 June 15th, 2015|Qəlyanaltılar|0 Comments

Leave A Comment