//Mantolu Badımcan

Mantolu Badımcan

Bu gün sizə Türk mətbəxindən qeyri-adi görünüşü və adı olan badımcan yeməyi təqdim etmək istəyirəm.
Yemək mantolu badımcan və ya armud köftə adlanır.
amma mən bu yeməyin görünüşünü bir az da kirpiyə bənzətdim :))
Ləzzətli və maraqlı bir yeməkdir, qonaqlarınız üçün də hazırlaya bilərsiniz.

Lazım olan ərzaqlar:

  • istiot
  • 1 yumurta
  • yarım stəkan süd (çörəyi islatmaq üçün)
  • 1 kq çəkilmiş ət
  • 10 ədəd kiçik badımcan
  • 1 dilim bayat çörək
  • 1 ədəd böyük soğan
  • duz
  • döyülmüş cirə (kimyon)

Pomidorlu sous üçün:

  • duz, istiot, kimyon
  • 4-5 ədəd pomidor
  • zeytun yağı
  • 1 çay qaşığı şəkər tozu

Əvvəlcə əti (əgər çəkilmiş deyilsə) soğan, süddə isladılmış bayat çörək ilə ətçəkən maşından keçirin. Sonra yumurta, duz, istiot, kimyon vurub yaxşıca qarışdırın.

Badımcanları qulpu üzərində qalmaq şərti ilə tam soyun, duzlayıb 30 dəqiqə saxlayın ki, acısı çıxsın.

Sonra badımcanları soyuq su ilə yuyub salfet ilə qurulayın, qızğın bitki yağında hər tərəfini qızardın. Badımcanları da ayrıca duzlayın.

Ətdən bir hissə götürüb əlinizlə açın, ortasına qızarmış badımcan qoyub bükün.

Sobanın qabına bir az yağ töküb badımcanları düzün.

200 dərəcəli sobada 40-45 dəqiqə iki üzünü də qızardın.

Pomidorları soyub doğrayın, yağda şəkər tozu, duz, istiot və kimyon əlavə edib bişirin.
Əlavə olaraq mən yanına kartof püresi də hazırladım.

Nuş olsun!

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-03-19T09:05:49+00:00 August 4th, 2016|Əsas Yeməklər|0 Comments

Leave A Comment