//Pavlova Deserti

Pavlova Deserti

Meyveli desert resepti

Pavlova tortu və ya deserti bezedən hazırlanır, üzərinə qaymaqlı krem çəkilir və çoxlu giləmeyvələr düzülür. Bu desert Yeni Zellandiya və Avstraliyada çox populyardır. Pavlovanı tort şəklində, və ya daha kiçik formalarda hazırlamaq mümkündür.
Desert məhşur balerina Anna Pavlovanın şərəfinə belə adlandırılmışdır. Şef aşbaz bu deserti balerinanın ad günü üçün hazırlayır və deserti təqdim edərkən: “Anna Pavlova kimi havalıdır.” deyir. Doğurdan da bu desert çox yüngül və havalıdır.
Anna Pavlova 1926-cı ildə Yeni Zellandiya və Avstraliyada çoxlu qastrollararda olurdu. Həmin vaxtlar bir çox brendlər (konfet, ətir, geyim və s.) öz adlarını məşhur balerinanın şərəfinə Pavlova qoyurdular.
Bu desertin dadına gəlincə isə onu deyə bilərəm ki, Pavlova heç kimi laqeyd qoymayacaq. Yüngül və ləzzətli – əsl yay desertidir.

 

Lazım olan ərzaqlar:

  • 1 çay qaşığı ağ üzüm sirkəsi
  • 10 qr vanilli şəkər
  • 4 ədəd yumurtanın ağı
  • 180 qr şəkər tozu ( 1 stəkandan 1 barmaq az)
  • 3 çay qaşığı qarğıdalı nişastası
  • yarım çay qaşığı limon suyu

Krem üçün:

  • 1 xörək qaşığı şəkər kirşanı
  • yağlı qaymaq (35 %li) – 250 ml
  • qarışıq giləmeyvələr

Əvvəlcə yumurtaların ağını sarısından ayırın.
Şəkər tozundan 3 çay qaşığı ayırıb qarğıdalı nişastası ilə qarışdırın.

Yumurta ağlarını kombaynının yumurta çırpmaq üçün olan başlığı ilə beze halına gətirdim.

Əvvəlcə orta sürətdə yumurta ağlarına limon suyu əlavə edib çaldım, bir qədər ağarmağa başladıqda az-az şəkər tozu və vanili qarışdırdım. Yumurta ağları bərkiyib pik həddə çatanda mikseri söndürdüm. Qabı üzü aşağı tutduqda beze yerə tökülməməlidir.

Sonra bezeyə nişasta-şəkər tozu qarışımını və sirkəni əlavə edib qaşıq ilə ehtiyatla qarışdırdım.

Soba listinə kalka kağızı salıb bezeni dairəvi formada, kənarları bir qədər hündür olmaq şərti ilə qoyun.
100 dərəcəli sobada 1-2 saat beze tam quruyana qədər bişirin.

Krem üçün soyuq qaymağı MUM 5 kombaynının qabına töküb bərkiyənə qədər orta sürətlə qarışdırıb üzərinə şəkər kirşanı əlavə edin.
Sonra bezelərin üzərinə bol krem çəkib yuyulub qurudulmuş giləmeyvələrdən düzün.
İstənilən giləmeyvə istifadə etmək olar. (çiyələk, moruq, qarağat və s.)
Çox ləzzətlidir. Ümid edirəm siz də bəyənəcəksiniz.

Nuş olsun!

Meyveli desert resepti

Meyveli desert resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-03-21T14:13:30+00:00 June 6th, 2016|Şirniyyatlar|2 Comments

2 Comments

  1. Mehin May 14, 2017 at 6:06 pm - Reply

    Dogurdan da qeşeng görünür. Resepte göre çox Sağolun. Bilmek isteyirdim fotoları özünüz çekirsiz?

    • Mujgan May 14, 2017 at 8:42 pm - Reply

      Çox sağ olun. Bəyəndiyinizə sevindim. Bəli, özüm çəkirəm.

Leave A Comment