//Çuğundurlu Nar Salatı

Çuğundurlu Nar Salatı

Nar salati cugundurlu

Az ərzaq ilə çox dadlı bir salat. Qoz, nar, çuğundur və ət mayonezlə qarışıb bir-birini çox gözəl tamamlayır.

Lazım olan ərzaqlar:

  • duz
  • mayonez
  • 1 stəkan xırdalanmış qoz
  • 1 ədəd nar
  • 2 orta boy çuğundur
  • 200 qr mal əti (toyuq filesi də istifadə etmək olar)
  • xama
  • qara istiot

Narı dənələyin.

Çuğunduru qaynadın.

Əti də suda bişirin.

Qozu çox da xırda olmamaq şərtilə xırdalayın.

Əti didin və ya blenderdə xırdalayın.

Çuğunduru sürtkəcdən keçirin.

Bütün ərzaqları bir qaba töküb, duz, qara istiot, mayonez və xama vurub qarışdırın.

Çuğundur və nar salata çox gözəl rəng qatır..

Nuş olsun.

Nar salati cugundurlu

Nar salati cugundurlu

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...
By | 2017-03-20T21:54:32+00:00 October 3rd, 2015|Salatlar|0 Comments

Leave A Comment