//Nar Salatı

Nar Salatı

Nar salati

Yeni ildə süfrələrimizdə salatlar üstünlük təşkil edir. Xüsusən də paytaxt, mimoza və nar salatı. Yeni il və ya digər qonaqlıq süfrələrinizə bu salatı da hazırlaya bilərsiniz.

Lazım olan ərzaqlar:

  • 3 ədəd kartof, 3 ədəd kök
  • 3 ədəd çuğundur
  • 300 qr toyuq filesi
  • 5-6 ədəd turşu xiyar
  • 2 ədəd nar
  • mayonez
  • xama
  • duz
  • istiot

Əvvəlcə toyuq filesi, kartof, kök və çuğunduru ayrı qablarda suda qaynadın. Tərəvəzləri soyudub qabığını soyun. Toyuq filesini nazik şəkildə əl ilə didin və ya blenderdə xırdalayın. Narı dənələrinə ayırın. Sonra qaba növbə ilə kartof, kök sürtkəcdən keçirin, xırdalanmış toyuğu əlavə edin, üzərindən turşu xiyar, çuğunduru sürtkəcdən keçirin. Hər qata xama və mayonez qarışığı əlavə edib duz, istiot vurun. Çuğundurlu qatı mayonezlədikdən sonra ən üstə dənələnmiş nar səpin.

Böyük qabdan əlavə süfrəyə belə kiçik bir nəfərlik qablarda da hazırlayıb verə bilərsiniz.
Nuş olsun!

Nar salati

Nar salati

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-03-20T21:24:29+00:00 December 12th, 2015|Salatlar|0 Comments

Leave A Comment