Qiyməli Pizza

Pizza resepti qiymeli

Pizza resepti qiymeli

Pizza resepti qiymeli

Bu gün sizə qovrulmuş qiymə ilə hazırlanan pizza resepti təqdim etmək istəyirəm. Pizzalar arasında içliyinə görə ən çox sevdiyim qiyməli pizzadır.
Bu pizzanı hazırlayarkən BOSCH MUM 5 mətbəx kombaynının həm xəmir yoğuran başlığını istifadə etdim, həm də üzərinə tökdüyüm pendiri həmin kombaynın iri gözlü sürtkəcindən keçirdim.

Lazım olan ərzaqlar:

(30 smlik pizza üçün)

  • 250 qr un (təxminən 1,5 stəkan)
  • 150 ml su (təxminən yarım stəkan)
  • 1 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı şəkər tozu
  • 0,5 çay qaşığı duz
  • 0,5 çay qaşığı maya

Üzəri üçün :

  • 1 xörək qaşığı ketçup
  • Qurudulmuş ağ reyhan (bazilik)
  • Bibər
  • Pomidor
  • 150-200 qr qovrulmuş qiymə
  • Mozarella pendiri

Əvvəlcə xəmir üçün lazım olan ərzaqları BOSCH MUM 5 mətbəx kombaynının qabına tökdüm. Mən həmişə instant maya (yəni isladılmağa ehtiyac olmayan maya) istifadə etdiyim üçün mayanı birbaşa xəmirə digər ərzaqlarla birlikdə əlavə etdim.

Mətbəx kombaynını işə saldım və çox tez zamanda , təxminən 10-12 dəqiqəyə hazır xəmiri aldım.
Xəmiri qaba qoyub üzərinə sellofan örtüb 30 dəqiqə saxladım.

Pizzanı bişirəcəyim tavanı yağlayıb xəmiri nazik şəkildə əlimlə yaydım.
Üzərinə mayonez,ketçup və quru reyhan (bazilik) qarışığı çəkib, doğranmış bibər və pomidoru düzüb 15-20 dəqiqə 230 dərəcədə xəmir azca qızarana qədər bişirdim.

Bu vaxt ərzində pizza üçün lazım olan pendiri xırdaladım.

Pizzanı sobadan çıxarıb əvvəlcədən soğan ilə qovrulmuş qiymə tökdüm və pendiri hər tərəfinə səpib yenidən sobaya 5-7 dəqiqəlik qoydum.

Pendir əriyib bir az qızaranda pizza hazır oldu.

Pizza Resepti Hazırdır.

Nuş olsun!

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-07-24T12:15:25+00:00 June 30th, 2016|Əsas Yeməklər, Xəmir İşləri|0 Comments

Leave A Comment