//Qiyməli və Cemli Poğaça

Qiyməli və Cemli Poğaça

Pogaca resepti cemli qiymeli

Türk mətbəxində ən çox sevdiyim müxtəlif börek və poğaçalardır. Bu reseptlə poğaçalar yumşaq və yüngül alınır, gec quruyur. Səhər yeməyi üçün və uşaqların məktəb çantasına qoymaq üçün idealdır 🙂

Lazım olan ərzaqlar:

  • 2 st. süd
  • 1 st. duru yağ
  • 2 yumurta (1-inin sarısı üzərinə)
  • 2 x.q. şəkər tozu
  • 1.5 ç.q. duz
  • 1 ç.q. maya
  • un ( təxminən 4.5 st.)

İçi üçün:

  • 500 qr ət
  • 1 soğan
  • duz
  • istiot

Cemli poğaçalar üçün:

  • istənilən cem

İlıq südə maya və şəkər tozunu əlavə edib mayanın şişməyini gözləyin. Sonra 1 bütöv yumurta və digərinin ağını (sarısını üzəri üçün saxlayın), yağ, duz da qatıb, az-az un əlavə edib yumşaq xəmir yoğurun. Xəmiri bir qaba qoyub üstünü örtün və isti yerdə 1-1.5 saat mayalanmağa qoyun.

Xəmir gələndən sonra kiçik, qoz böyüklüyündə kündələrə ayırın.

Hər kündəni əlinizlə açıb içlik qoyub bükün.

Qiyməli içlik üçün çəkilmiş ətə duz, istiot və soğan əlavə edib qovurmaq lazımdır.

Cemli poğaçalara çiyələk cemi istifadə etdim.

Listi yağlayıb poğaçaları bir qədər aralı yığın və üstünü örtüb 15-20 dəqiqə saxlayın.

Sonra üzərinə yumurta sarısı çəkib qara çörək otu və ya küncüt səpin.

180-200 dərəcədə qızarana qədər bişirin.

Qiyməli və cemli poğaçalarımız hazırdır.

Nuş olsun!

Pogaca resepti cemli qiymeli

Pogaca resepti cemli qiymeli

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-03-24T17:38:43+00:00 October 20th, 2014|Xəmir İşləri|0 Comments

Leave A Comment