/, Milli/Pomidor Bibər Badımcan Dolması

Pomidor Bibər Badımcan Dolması

Pomidor biber badimcan dolmasi

Azərbaycan mətbəxinin ən məşhur yeməklərindən biri də pomidor, badımcan, bibər dolmasıdır. Son vaxtlar bu dolmaya “üç bacı” dolması da deyirlər, amma mən bu adı o qədər də sevmirəm :)) Bu dolmanın hər bölgəyə xas müxtəlif hazırlanma qaydaları var. Mən sizə öz hazırlama üsulumu təqdim edəcəyəm.

Lazım olan ərzaqlar:

  • 5 ədəd bibər, 5 ədəd badımcan, 5 ədəd pomidor
  • qoyun əti – 500 qr ( və ya mal və qoyun əti qarışığı)
  • 2 baş soğan
  • reyhan – 1 dəstə
  • duz
  • istiot
  • kərə yağı – 100 qr

Badımcanın saplağı ilə birlikdə ucu kəsilir, soyuq duzlu suya suya salınıb qaynayana qədər qızdırılır, 2-3 dəqiqə pörtülür.

Ortası uzununa kəsilir.

Bibər yuyulur, özəyi çıxarılır. 1-2 dəqiqə suda pörtlədilir.

Pomidorların da başı kəsilir, içərisi təmizlənir.

Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, qarışdırılaraq qızardılır.

Qiyməyə doğranmış reyhan vurulub qarışdırılır.

Hazırlanmış qiymə badımcan, bibər və pomidorların içərisinə doldurulur və dayaz qazana kərə yağı töküb içi doldurulmuş tərəvəzlər yığılır.

Az miqdarda bulyon və pomidorların çıxarılmış özəyindən tökülüb öz buğunda bişirilir.

Süfrəyə verdikdə üstünə öz sousundan tökülür.

Nuş olsun!

Pomidor biber badimcan dolmasi

Pomidor biber badimcan dolmasi

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-03-19T09:01:40+00:00 October 22nd, 2016|Əsas Yeməklər, Milli|0 Comments

Leave A Comment