//Pomidor Şorbası

Pomidor Şorbası

Pomidor sorbasi

Bütün tərəvəzlər il boyu satışda olsa da, hər meyvə və tərəvəz öz fəslində daha dadlı olur. Eləcə də pomidorlar. Pomidorlar yayda daha ətirli və ləzzətli olur. Bu gün sizinlə qıpqırmızı və ətirli pomidorlardan hazırladığım pomidor şorbası resepti ilə bölüşəcəyəm.
Həm də bu şorbanı yeni Bosch MUM 5 kombaynının blenderi ilə hazırlamışam. Aşağıda bu blenderin hansı özəlliklərə malik olduğunu da qeyd edəcəyəm.

Lazım olan ərzaqlar :

  • 4-5 ədəd böyük yaxşı yetişmiş pomidor
  • 1 baş soğan
  • ağ reyhan (təzəsi yoxdursa, qurudulmuşundan istifadə edə bilərsiniz)
  • 2 xörək qaşığı kərə yağı
  • 2 xörək qaşığı bitki yağı
  • 1 stəkan süd və ya duru qaymaq
  • 1 stəkan su
  • duz və qara istiot

Kərə yağı və bitki yağını tavaya tökün.
Soğanı soyub xırda doğrayın. Yağda şəffaflaşana qədər bişirin.

Pomidorların qabığını soyub doğrayın.

Tavaya soğanın üzərinə əlavə edib, ağ reyhan, duz və istiotunu vurub pomidorlar yumşalana qədər bişirin.

Pomidorlar bişdikdən sonra mən onları Bosch MUM 5 kombaynının blenderi ilə eynicinsli kütlə halına saldım.  Bundan əvvəlki başqa markadan olan blenderimin qabının həcmi kiçik idi və o qabda alt hissədə olan ərzaqları xırdalayırdı, üst hissədəkilər isə olduğu kimi qalırdı.  Bu blenderdə isə cəmi 2 dəqiqəyə bütün pomidorlar xırdalandı.

Sonra yenidən qazana töküb qaynama dərəcəsinə çatdırın və qaymaq və ya südü əlavə edib qarışdırın. Əgər şorbanız çox qatı olarsa əlavə olaraq qaynar su da tökə bilərsiniz.

Qaymaqlı pomidor şorbamız hazırdır! Dadına baxa bilərsiniz.
Bu şorbanın yanında qızardılmış çörək əla gedir.

Nuş olsun!

Pomidor sorbasi

Pomidor sorbasi

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-03-19T13:53:43+00:00 June 24th, 2016|Şorbalar|0 Comments

Leave A Comment