//Sodalı Ponçik

Sodalı Ponçik

Poncik resepti sodali

Poncik resepti sodali

Poncik resepti sodali

Bu reseptdə sizə hamının sevdiyi ponçiki hazırlamağı addım şəkilləri ilə ətraflı göstərəcəyəm. Bu resept klassik reseptdən süd əvəzinə qatıq və maya əvəzinə soda əlavə olunması ilə fərqlənir. Süd ilə hazırlanan  xəmirdən fərqli olaraq bu ponchiklər kövrək olur.

Lazım olan ərzaqlar:

  • 2 stəkan qatıq
  • 3-4 stəkan un
  • 2 yumurta
  • yarım stəkan şəkər tozu
  • bir çimdik duz
  • bir çay qaşığı soda + sirkə
  • qızartmaq üçün bitki yağı
  • üzərinə səpmək üçün şəkər kirşanı

Xəmir yoğurmaq üçün unu bir qaba ələyib üzərinə yumurta, qatıq, şəkər tozunu və sodanı sirkə ilə söndürüb əlavə edin. Yumşaq xəmir yoğurun. Təxminən 1 sm qalınlığında yayıb, şəkildə göstərildiyi kimi stəkanla dairəvi kəsin və ortasına daha kiçik dairəli deşik açın.

Bitki yağını yaxşı qızdırıb ponçiklərin hər iki üzünü qızardın.

Qızartdığınız ponçikləri kağız salfet üzərinə yığın ki, artıq yağı çəkilsin və üzərinə şəkər kirşanı səpin. Nuş olsun!

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-03-20T21:20:30+00:00 December 24th, 2015|Xəmir İşləri|0 Comments

Leave A Comment