//Qarabağ Kətəsi

Qarabağ Kətəsi

Qarabag Ketesi

Qarabag ketesi

Sizə yumşaq xəmiri və çox ləzzətli içliyi olan Qarabağ kətəsinin reseptini təqdim etmək istəyirəm. Hər nə qədər fərqli şirniyyat və yeməklər hazırlasam da Azərbaycan mətbəxinə heç biri çatmır.
Bu kətəni uşaqlıqdan çox sevirdim və ilk dəfə idi ki, özüm evdə hazırladım. Həm də bunu Bosch MUM 5 mətbəx kombaynının xəmir yoğuranını test etmək üçün etdim. Çox asan və tez başa gəldi.

Lazım olan ərzaqlar:

Xəmir üçün (3 ədəd böyük kətə alınır)

  • 3 yumurta (2si xəmirə, biri üzəri üçün)
  • 50 qr kərər yağı
  • 2 xörək qaşığı şəkər tozu
  • 3 stəkan un ( təxmini)
  • 1 çay qaşığı maya
  •  bir çimdik duz
  • təxminən yarım stəkan su

İç üçün

  • 1 stəkan un
  • 1 stəkandan bir qədər az şəkər tozu
  • 50 qr kərə yağı

Unu Bosch MUM 5 kombaynının qabına ələdim, üzərinə yumurta, duz, şəkər tozu, maya (mən instant maya istifadə etdiyim üçün birbaşa əlavə edirəm, digər mayaları isə ilıq suda isladıb əlavə etmək lazımdır) əridilmiş kərər yağı əlavə etdim.

Xəmir yoğurma başlığı ilə az-az suyu əlavə edərək xəmir 5-7 dəqiqəyə hazır oldu.
Əldə yoğursanız eyni qayda ilə ərzaqların üzərinə az-az su əlavə edərək xəmir yoğurun.
Xəmirin üzərini bağlayıb isti yerdə 1.5 – 2 saat ərzində mayanlanmağa qoyun.

İçlik üçün əridilmiş kərər yağı və şəkər tozunu qarışdırın, üzərinə unu əlavə edib əlinizlə ovuntu halına salın.

Xəmir mayalandıqda 3 böyük kündəyə bölüb yayın, hər kündənin ortasına içlikdən qoyub xəmiri bükün, büküş altda qalmaq şərti ilə xəmiri yenə bir az yayın.

Sobanın qabını yağlayıb kətələri yığın və üzərini örtüb 15-20 dəqiqə saxlayın.
Sonra üzərinə yumurta sürtüb çəngəl ilə naxış vurun.
180 dərəcəli sobada 25-30 dəqiqə bişirin.

Nuş olsun!

Qarabag ketesi

Qarabag ketesi

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-03-19T09:07:03+00:00 July 14th, 2016|Xəmir İşləri|0 Comments

Leave A Comment