//Snickers Tortu

Snickers Tortu

Snikers tortu

Snickers konfetlərini yəqin ki, hamı tanıyır. Bu gün sizinlə bu konfetin tərkibindəki ərzaqlara əsasən hazırlanmış Snickers tortunun resepti ilə paylaşmaq istəyirəm. Bu tort çox ləzzətlidir. Bayram və ad günü stollarınızı bəzəməyə layiq tortdur.

Lazım olan ərzaqlar:

  • 1 stəkan rafinə olunmuş bitki yağı
  • 1.5 stəkan şəkər tozu
  • 4 yumurta
  • 1 stəkan süd
  • 3 xörək qaşığı kakao
  • 2.5 stəkan un
  • 10 qr qabartma tozu
  • vanil

Krem üçün:

  • 1 banka qaynanmış qatılaşdırılmış süd
  • 200 qr kərə yağı
  • 200 qr yerfıstığı

Beze üçün:

  • 3 yumurta ağı
  • 1 stəkan şəkər tozu

Qlazur üçün:

  • 100 qr tünd şokolad
  • 200 ml qaymaq

Biskvit üçün yumurta,şəkər tozu və vanili mikserlə ağarana qədər qarışdırın. Üzərinə süd və bitki yağını da əlavə edib qarışdırın.

Kakaonu da ələkdən keçirib bura əlavə edin.

Un və qabartma tozunu ələkdən keçirib əlavə edin və qaşıqla qarışdırın.

Biskvit üçün qabın (məndə 24 sm) dibinə kalka kağızı salıb xəmiri tökün və 180 dərəcəli isidilmiş sobada 45-50 dəqiqə bişirin.

Soyudub qabdan çıxarın.

Krem üçün yumşalmış kərə yağını mikserlə 2-3 dəqiqə çalıb üzərinə qatılaşdırılmış südü əlavə edib hamısını mikserlə qarışdırın.

Beze üçün 3 yumurtanın sarısını ağından ayırın. Yumurta ağlarının üzərinə şəkər tozu töküb su hamamında şəkər tozu əriyənə qədər qarışdırın.

Daha sonra bu məhlulu isti halda mikserlə ağarıb həcmini artırana qədər çalın.

Biskviti bişirdiyiniz ölçüdə bezeni kalka kağızının üzərinə dairəvi şəkildə yayıb 100-120 dərəcədə 2 saata yaxın quruyana qədər bişirin.

Yerfıstıqlarını sobada və ya qazın üzərində bir qədər qovurun.

Biskivt soyuduqdan sonra iki yerə bölün.

Biskvitin üzərinə krem çəkin və bir qədər xırdalanmış yerfıstığını səpin. Üzərinə bezeni bütöv halda qoyub yene krem çəkib yerfıstığını səpin və ikinci korjun alt hissəsini də kremləyib qoyun.

Tortun kənarlarını və üzərini də kremləyin.

Üzəri üçün şokoladlı qanaş hazırlayaq. Bunun üçün qaymağı kiçik bir qazanda qızdırın, kənarda üzərinə şokoladı doğrayıb tökün və əriyənə qədər qarışdırın.

Bir qədər soyudub tortun üzərinə tökün və bərabər şəkildə yayın. Üzərini yerfıstığı və snickers konfetləri ilə bəzədim.

Snikers tortu

Snikers tortu

Ümid edirəm ki, siz də bəyənəcəksiniz. Fikirlərinizi şərhlərdə gözləyirəm.

Nuş olsun!

Snikers tortu

Snikers tortu

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-03-20T17:08:41+00:00 November 15th, 2016|Şirniyyatlar|0 Comments

Leave A Comment