/, Şorbalar/Xəmiraşı

Xəmiraşı

Xemirasi resepti.

Xəmiraşı və ya əriştə Azərbaycan mətbəxinə məxsus olan bol çeşidli xəmir xörəklərindən biridir. Xəmirdən kəsilmiş nazik, uzun əriştələr qurudularaq uzun müddət plastik və ya şüşə qabda saxlanıla və lazım olduqda istifadə oluna bilər. Nənələrimiz bu yeməyi soyuq dəymədən qorunmaq üçün bişirirlər. Digər xəmir xörəkləri kimi xəmiraşı da əsasən qış fəslində bişirilir.

Lazım olan ərzaqlar:

  • 1 st. un
  • 1 yumurta
  • 1,5 lt. su və ya bulyon
  • Yarım stəkan qaragöz lobya
  • 300 qr çəkilmiş ət
  • 1 ədəd soğan
  • Kərə yağı
  • Duz
  • İstiot
  • Sarıkök

Əvvəlcədən əti kiçik 1 ədəd soğan ilə ətçəkən maşından çəkib, duz və istiot vurub qarışdırın.

Qaragöz lobyanı yaxşı olar ki, axşamdan suda isladasınız. İslatdığınız suyu atıb yenidən su əlavə edib lobyanı yumşalana qədər qaynadın və suyunu süzün.

Sonra un, duz, yumurtanı bir qaba töküb, az-az su əlavə edərək xəmir yoğurun.

Xəmiri kiçik kündələrə ayırın.

Hər kündəni nazik yayıb hər tərəfinə bol un səpin.

Xəmiri unladıqdan sonra rulet kimi bükün.

Və bıçaq ilə nazik-nazik kəsin.

Kəsdiyiniz əriştələri əlinizlə ununu çırpıb bir taxtanın və ya böyük bir qaba un səpib sərin ki, qurusun.

Soğanı xırda doğrayıb kərə yağında sarıkök əlavə edib qızardın.

Hazırladığınız çəkilmiş ətdən kiçik küftələr hazırlayın.

Bir qazanda təxminən 2 litr su qaynadın və küftələri bir-bir suya salın. Ardınca qovurduğunuz soğanı, hazırladığınız əriştələri, bişmiş qaragöz lobyanı suya töküb duz əlavə etdikdən sonra 15-20 dəqiqə az odda qaynadıb altını söndürün.

Xəmiraşını süfrəyə verdikdə üzərinə quru nanə səpilir və yanında zövqə görə sarımsaqlı sirkə verilir.

Nuş olsun!

Xemirasi resepti

Xemirasi resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-03-24T17:00:45+00:00 March 28th, 2015|Milli, Şorbalar|0 Comments

Leave A Comment