Xingal

Xengel resepti

Xingal və ya Xəngəl – xəmir xörəklərinə aid edilən, ətlə, yağda qovrulmuş soğanla və ya sarımsaqlı qatıqla yeyilən xörək.Xingalın növləri hazırlanma qaydasına görə bir-birindən fərqlənir: ətli xingal, süzmə xingal, sulu xingal daha geniş yayılmışdır. Bölgələrə görə də xingalın növləri fərqlidir: Bakı xingalı (yarpaq xingalı), Qazax xingalı, Gürcü xingalı və s.
Şorbalar bölməsində artıq sulu xingalın hazırlanmasını yerləşdirmişəm. Bu dəfə isə sizinlə yarpaq xingalının hazırlanma qaydasını bölüşürəm.

Lazım olan ərzaqlar:

  • 3 stəkan un
  • 1 stəkan su
  • Yumurta 1 ədəd
  • 1 çay qaçığı duz
  • 300 qr çəkilmiş ət
  • 2 baş soğan
  • duz
  • istiot

Un,yumurta,duz bir qaba tökülüb az-az su əlavə olunmaqla xəmir yoğrulur. Xəmir çox yumşaq olmalı deyil. 10-15 dəqiqə dinləndikdən sonra xəmiri kündələ ayırın. Hər kündəni nazik yayın qızğın bir tavada hər iki üzünü pörtlədin. Sonra yuxaları romb şəklində (paxlava kimi) doğrayın.

Taxta və ya dəsmalın üzərinə sərin.
Qazanda su qaynadın, duz əlavə edin və xingalları qaynar suya töküb 10-15 dəqiqə qaynadın.

Üzəri üçün ət maşınından soğan ilə birlikdə çəkilmiş ətə duz, istiot vurub tavada qovurun.

Nuş olsun!

Xengel resepti

Xengel resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...
By | 2017-03-20T21:43:40+00:00 October 21st, 2015|Əsas Yeməklər, Milli|0 Comments

Leave A Comment