//Kəsmikli Zapekanka

Kəsmikli Zapekanka

Zapekanka resepti

Kəsmiyi və kəsmiklə hazırlanan hər şeyi çox sevirəm. Bu gün kəsmikli zapekanka hazırladım. İçlik olaraq mən kişmiş istifadə etmişəm, siz istənilən meyvə və ya quru meyvə də qata bilərsiniz. Çox yüngül və ləzzətlidir. Ümid edirəm, siz də bəyənəcəksiniz.

Lazım olan ərzaqlar:

  • 500 qr kəsmik
  • 5 xörək qaşığı xama
  • 2 xörək qaşığı manna yarması
  • 3 ədəd yumurta
  • 3 xörək qaşığı şəkər tozu
  • vanil
  • 50 qr kişmiş

Kişmişi yuyub qaynar su ilə 20 dəqiqə isladın.
Kəsmiyi çəngəl ilə yaxşı əzib üzərinə şəkər tozu, vanil və yumurtaları əlavə edib qarışdırın.

Xama ilə manna yarmasını da bura əlavə edib qarışdırın.

İslatdığınız kişmişin suyunu süzüb əlavə edin və qarışdırın.

Soba qabını kərə yağı ilə yağlayın və hazırladığınız qarışımı tökün.

180 dərəcəli sobada 40-45 dəqiqə bişirin.

Soyuq halda süfrəyə verin.

Süfrəyə verərkən üzərinə qatılaşdırılmış süd, xama, meyvəli və ya şokoladlı sous, müxtəlif giləmeyvələr və s. tökmək olar.

Nuş olsun!

Zapekanka resepti

Zapekanka resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-03-20T20:04:47+00:00 July 1st, 2016|Şirniyyatlar|0 Comments

Leave A Comment