Badamli ve moruqlu keksler.

“Financier” – Fransız şirniyyatıdır, un, badam  və yumurta ağından hazırlanır. Hazırlanması çox asan, amma heç bir şirniyyatla müqayisə olunmaz fərqli dadı var. Deyilənlərə görə bu kekslər Fransanın maliyyə mərkəzlərindən birində kiçik bir şirniyyat dükanında satılırmış. Müştərilərinin çoxu maliyyə işçiləri olan dükanda bu kiçik kekslər populyarlıq qazanır və digər şirniyyat növlərindən daha çox satılır. Səbəb isə şirniyyatın kiçik qızıl külçələri formasında, qızılı rəngdə olması və əlbəttə ki, ləzzətli olması idi. Bu kekslərin necə məşhurluq qazandığını görən digər dükan sahibləri sonralar bu keksləri qısa olaraq “financier” (tərcümədə maliyyə işçisi) adlandırdılar.
Mənim kekslərim qızıl külçəsi formasında olmasa da, dadı çox gözəl və fərqlidir blush

Lazım olan ərzaqlar:

  • 50 qr un (təxminən 1/4 stəkan)
  • 100 qr üyüdülmüş badam ( yarım stəkandan bir az çox)
  • 5 yumurtanın ağı
  • 150 qr şəkər (təxminən 3/4 stəkan)
  • 130 qr kərə yağı
  • moruq
  • bəzək üçün şəkər kirşanı

Bu ərzaqlardan kiçik keks qablarında 8 ədəd keks alınır.

Əvvəlcə kərə yağını əridib soyudun. Yumurtaların ağını sarısından ayırın. Badamı blenderdə və ya ləpə çəkən maşında üyüdün.

  

Bir qabda unu, üyüdülmüş badamı və şəkəri qarışdırın.

Sonra bura yumurta ağlarını çalmadan əlavə edib qarışdırın.

Ərinmiş kərə yağını da əlavə edib eynicinsli kütlə alınana qədər yaxşı qarışdırın.

Belə duru kütlə alınacaq.

Xəmiri keks qablarına tökün. Əgər metal qablardısa əvvəlcədən qabları yağlayın. Hər keksin üzərinə 1 ədəd moruq qoyun.

Əvvəlcədən qızdırılmış sobada 180-190 dərəcədə üzəri qızarana qədər bişirin. Məndə təxminən 30 dəqiqəyə hazır oldular.

Çox ləzzətlidilər. Bişirməyə dəyər.

Nuş olsun! blush

Badamli ve moruqlu keksler

Badamli ve moruqlu keksler

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)

Loading...1xbet has cemented its reputation as a leading online betting platform, and with the introduction of the 1xbet App, the thrill of sports wagering is now directly at your fingertips. For those always on the move, this application ensures a seamless betting experience, allowing users to stay connected to their favorite sports and events anytime, anywhere. From live streaming of major games to instant bet placements, the 1xbet App has truly revolutionized the way fans engage with sports betting.