Keks resepti badamli.

Hərdən bəzi şirniyyatlarda yumurta ağı istifadə olunur, sarısı isə qalır. Sizə həmin yumurta sarılarını istifadə etmək üçün bir resept təqdim edirəm. Badam ilə hazırlanan bu keksdə sizə 3 yumurta sarısı lazım olacaq.

Lazım olan ərzaqlar:

  • 150 qr üyüdülmüş badam
  • 150 qr kərə yağı
  • 100 qr un
  • 150 qr şəkər tozu
  • 1 ədəd yumurta
  • 3 yumurta sarısı
  • şəkərli vanilin

Yumşalmış kərə yağını şəkər tozu ilə mikserlə çalın.

Yumurta sarılarını və bir yumurtanı əlavə edib qarışdırın.

Sonda üyüdülmüş badam, un və vanilin əlavə edin və hamısını yaxşı qarışdırın.

Keks üçün formanı yağlayın, bir az un səpin və keks xəmirini töküb hamarlayın. Keks xəmiri çox alınmır, yaxşı olar ki, kiçik qab götürəsiniz.

170 dərəcə isidilmiş sobada 1 saata qədər bişirin.

Tamsoyuduqdan sonra kəsə bilərsiniz. Zövqə görə üzərinə şəkər kirşanı səpmək olar.

Nuş olsun!

Keks resepti badamli

Keks resepti badamli

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...