Yeni il reseptleri.

Yeni il üçün hamı yeniliklər axtarır, süfrədə fərqlilik yaratmaq istəyir. Sadə bir qurabiyəni belə yeni il abu-havasına salıb hamını təəccübləndirə bilərsiniz.

Lazım olan ərzaqlar:

  • 100 qr kərə yağı
  • 1 yumurta
  • 0.5 st. şəkər tozu
  • 2 st. un
  • Vanilin 1 ç.q.

Aysinq üçün:

  • 1 yumurta ağı
  • 250 qr. şəkər kirşanı
  • 0.5 çay qaşığı limon suyu

Yumşalmış kərə yağını şəkər tozu ilə qarışdırın.

Yumurtanı əlavə edib qarışdırın.

Unu az-az əlavə edərək xəmir yoğurun.

Yumşaq ələ yapışmayan xəmir olana qədər un əlavə edib yoğurun. Xəmiri sellofana büküb soyuducuda 30 dəqiqə saxlayın.

Sonra çıxarıb 0.5 sm qalınlığında yayın.

Müxtəlif ölçülü ulduzlar formasında kəsin. Əgə formalarınız yoxdursa bunu kağız ilə də edə bilərsiz. Kağızdan ulduz formaları kəsib xəmirin üzərinə qoyub kağızın qıraq konturları ilə kəsə bilərsiz.
180 dərəcəli sobada 5-10 dəqiqə bişirin. Diqqət edin ki, çox qızarmasın. Bişdikdən sonra qurabiyələri kənarda soyudun.

Keçək bəzək üçün lazım olan aysinqə.

Bunun üçün bizə 1 yumurta , 250 qr. şəkər kirşanı və limon lazımdır.
Yumurtanın ağını ayırıb üzərinə yarım çay qaşığı limon suyu əlavə edin və şəkər kirşanını az-az əlavə edərək istədiyiniz qatılıq alınana qədər qarışdırın. Sonda qida boyası qatın.

Aysinqi krem üçün sellofan torbaya və ya adi bir sellofan pakete töküb ucunu çox kiçik kəsin və qurabiyələrin üzərini bəzəyin.
Aysinqin qurumağı üçün 15-20 dəqiqə gözləyin.

Sonda ulduzları böyükdən kiçiyə doğru olmaqla üst-üstə düzün və rəngli tort bəzəkləri ilə küknar ağacının oyuncaqlarını düzün.
Dadlı, ləzzətli küknar ağacı hazırdır.

Buna ən çox uşaqlar sevinəcək 🙂

Yeni il reseptleri

Yeni il reseptleri

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...