Tort resepti Venesuela.

Bu tortun hazırlanmasına çox az vaxt serf olunsa da, dadı çox gözəl alınır. Original reseptə bəzi dəyişikliklər etməklə bişirdiyim tortun hazırlanma qaydasını sizə təqdim edirəm. Ümid edirəm, siz də hazırlayıb bəyənər və sevdiklərinizi sevindirərsiniz 🙂

Lazım olan ərzaqlar:

Biskvit üçün:

  • 5 yumurta
  • 120 qr üyüdülmüş qoz (təxminən 1 stəkan)
  • 1 stəkan un (140 qr), 1 stəkan şəkər tozu (200 qr)
  • 1 xörək qaşığı kakao
  • 120 ml süd
  • 1 xörək qaşığı iysiz zeytun yağı

Krem üçün:

  • 1 banka qaynadılmış qatılaşdırılmış süd
  • 200 qr kərə yağı (yumşalmış)

Qanaş üçün:

  • 100 qr tünd şokolad
  • 140 ml qaymaq (20-22 %li)

Yumurtaların ağını sarısından ayırın. Yumurta sarılarını yağ və süd ilə mikserlə çalın, sonra un, kakao, qozu qarışdırın.

Yumurta ağlarını isə şəkər tozu ilə ağarıb bərkiyənə qədər çalın.

Hər iki kütləni eynicinsli hala gələnə qədər qarışdırın.

Qabı yağlayıb biskvit xəmirini tökün və 160 dərəcədə təxminən 1 saat bişirin.

Hazır olan korju soyudub iki yerə bölün.

Krem üçün əvvəlcə yumşalmış kərə yağını mikserlə çalıb sonra qaynanmış qatılaşdırılmış südü əlavə edib birlikdə çalın.

Korjların arasına krem çəkib birləşdirin.

Tortun üzərinə isə şokoladlı qanaş hazırladım. Bunun üçün qaymağı qaba töküb qızdırın və şokoladı kiçik hissələrə bölüb bura əlavə edin. Şokolad əriyib qaymağa qarışacaq.

Tortun kənarlarını da kremləyib üzərinə qanaşı tökün. Zövqə görə bəzəyin.

Tort ən azı 4-5 saat soyuducuda qaldıqdan sonra daha ləzzətli olacaq.

Nuş olsun!

Tort resepti Venesuela

Tort resepti Venesuela

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...