Agilli pirojna resepti.

Niyə ağıllı? Çünki bu pirojnanı hazırlayarkən xəmiri adi keks xəmiri kimi qaba töküb sobaya qoyursuz və hazır olandan sonra keks yox, sufle, krem və biskivit qatları olan pirojna əldə edirsiz. Digər pirojnalarda isə bunları ayrı-ayrılıqda hazırlamaq lazımdır. Bununla yanaşı həm də çox dadlı və yüngül desert alınır. Yaxınlarınızı təəccübləndirmək üçün əla reseptdir.

Lazım olan ərzqlar:

  • 125 qr kərə yağı
  • 110 qr un ( 3/4 st.)
  • 500 ml Süd (2 st.)
  • şəkər 150 qr (3/4 st.)
  • 4 yumurta
  • vanil

Kərə yağını əridib soyudun.

Yumurtaların ağını sarısından ayırın.

Yumurta sarılarını şəkər və vanil ilə birlikdə mikserlə çalın.

Ərinmiş yağı da əlavə edib yenidən mikserlə çalın.

Unu az-az əlavə edib qarışdırın.

Südü əlavə edib çırpma teli ilə qarışdırın.

Yumurta ağlarını mikserlə ağarıb qatılaşana qədər çalın.

Çaldığınız yumurta ağlarını da xəmirə qatıb hamısını qarışdırın. Soba qabını yağlayıb xəmiri tökün.

180 dərəcəyə qədər qızdırılmış sobada 40-45 dəqiqə bişirin.

Soyuyandan sonra kesib şəkər kirşanı səpin və 1 stəkan çay süzüb ağıllı pirojna kefinə baxın 🙂

Nuş olsun!

Agilli pirojna resepti

Agilli pirojna resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...