Albalili piroq resepti.

Artıq albalı mövsümünə az qalıb. Bir azdan bu piroqu təzə albalı ilə hazırlaya biləcəksiniz. Meyvə əvəzinə cemdən də istifadə etmək olar. Mən isə yaydan buzxanada saxladığım albalıları istifadə etdim. Çox tez hazırlanan və dadlı bir piroq alındı.

Lazım olan ərzaqlar:

Xəmir üçün:

  • 200 qr kərə yağı
  • 1 yumurta
  • yarım stəkan şəkər tozu
  • 1 xörək qaşığı xama
  • 1 çay qaşığı qabartma tozu
  • 2 stəkan un

İçi üçün:

  • 500 qr albalı (dondurulmuş və ya təzə çəyirdəyi təmizlənmiş)
  • 2 xörək qaşığı nişasta

Bir qabda yumurta, şəkər tozu, xama, və yumşalmış kərə yağını qarışdırın.

Üzərinə un və qabartma tozunu əlavə edib xəmir yoğurun. Sonra xəmirin 1/3 hissəsini büküb soyuducuya qoyun. Bu xəmiri sonda piroqun üzərinə istifadə edəcəyik.

Qalan xəmiri isə soba üçün qabı yağladıqdan sonra əliniz ilə qaba yayın kənarlarını 2 sm hündürlükdə qaldırın.

Xəmirin üzərindən albalıları düzüb nişasta səpin ki, albalıların suyunu bir qədər azaltsın.

Soyuducuya qoyduğunuz xəmiri sürtkəcdən keçirərək albalıların üzərini örtəcək şəkildə səpin.

180 dərəcəli sobada təxminən 40 dəqiqə bişirin.

Piroq soyuduqdan sonra üzərinə şəkər kirşanı səpə bilərsiniz.

Bir stəkan çay süzüb piroqun ləzzətini daha da artırın 🙂

Nuş olsun!

Albalili piroq resepti

Albalili piroq resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...