Almali piroq resepti

Bu piroqun ləzzəti sizi laqeyd buraxmayacaq. Ovulan xəmiri, dadlı içliyi və şirin bezesi bir-birini tamamlayan trio yaradaraq qəlbinizə yol tapacaq :)) Min dəfə eşitməkdənsə, bir dəfə bişirin və özünüz dadına baxıb qiymət verin.

Lazım olan ərzaqlar:

Xəmir üçün:

  • 4 yumurta sarısı
  • 200 qr kərə yağı
  • 3/4 stəkan şəkər tozu
  • 3 xörək qaşığı xama
  • 1 xörək qaşığı sirkə + 1 çay qaşığı soda
  • 3 – 3.5 stəkan un
  • 5 qr vanil

İçlik üçün:

  • 5-6 ədə alma
  • 3-4 xörək qaşığı şəkər tozu

Beze üçün:

  • 4 yumurta ağı
  • 1 stəkan şəkər tozu
  • 5 qr vanil

4 ədəd yumurta sarısına şəkər tozu və vanil əlavə edib mikserlə ağarana qədər çalın. Yumşalmış kərə yağı, xama və sodanı sirkə ilə

qarışdırıb bura əlavə edin və hamısını yaxşı qarışdırın.

Alınan qarışıma unu ələkdən keçirərək əlavə edin və yumşaq, ələ yapışmayan xəmir hazırlayın.

Soba üçün qabı yağlayıb xəmiri yayın, kənarlarını bir qədər qaldırın.

Almaları soyub təmizləyin və nazik dilimlər şəklində doğrayıb xəmirin üzərindən düzün. Bir az şəkər tozu səpin.
180 dərəcəli sobada 40-45 dəqiqə bişirin.

Piroq bişən müddətdə üzıri üçün beze hazırlayaq. Bunun üçün qalan 4 yumurta ağını 1 stəkan və vanillə qarışdırıb su hamamında şəkər tozu əriyənə qədər qarışdıraraq isidin.

Alınan məhlulu isti-isti mikserlə ağarıb beze halına düşənə qədər çalın. Məhlul tam bərkiməlidi, qabı çevirdikdə tökülməyəcək dərəcədə.

Sonra piroqu sobadan götürüb bezeni üzərinə çəkib yenidən sobaya qoyun, 120 dərəcədə 20 dəqiqə beze quruyana qədər bişirin.

Tam soyuduqdan sonra doğrayıb süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Almali piroq resepti

Almali piroq resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...