Almali sirniyyat resepti.

Bu sadə və hazırlanması asan olan şirniyyat növünün adı ilə bağlı bir neçə maraqlı əhvalatlar var. İllər ərzində tərkibinə daxil olan ərzaqlar dəyişsə də adı dəyişmədən qalıb – Şarlotta (Charlotte)

Bu deserti XVIII-ci əsrdə Şahzadə Şarlottanın şərəfinə hazırlayıblar. İlk vaxtlarda hazırlanmasl tamamilə fərqli idi, çörəyi kiçik hissələrə bölüb alma və armuddan hazırlanmış şirədə isladıb qaba yığırdılar, aralarına isə meyvələrdən hazırlanmış içlik qoyurdular və üzərinə yenə də şirədə isladılmış çörək hissələri düzürdülər.

Bəzi mənbələrdə isə Şarlotta deserti pudinq olaraq göstərilir.

Sonralar Fransanın məşhur aşbazı Antuan Karem bu desertin dəyişdirilmiş başqa bir növünü rus çarı Aleksandr İ üçün hazırlayır.Desert çarın o qədər xoşuna gəlir ki, o, Antuan Karemi özü ilə Rusiyaya aparmaq istəyir və bu desert rus şarlottası adını qazanır (Charlotte russe- русская шарлотка).

Hal hazırda isə Şarlottanın bir çox fərqli ərzaqlar və içliklərlə fərqli reseptləri var.

Mən sizə ən sadə reseptini təqdim edirəm.

Lazım olan ərzaqlar:

  • 4 yumurta
  • 1 st. şəkər tozu
  • 1 st. un
  • 2 ədəd böyük alma
  • darçın (zövqə görə)

Əvvəlcə yumurtaları bir qabda mikserlə çalın.

Sonra şəkər tozunu əlavə edə-edə ağarana qədər mikserlə qarışdırın.

Unu ələkdən keçirib qaşıqla altdan yuxarı olmaqla yavaş-yavaş qarışdırın.

Belə bir biskvit xəmiri alınacaq.

Almaları yuyub qabığını soyun və nazik dilimlər şəklində doğrayın.

Listi yağlayın, üzərindən bir az un səpib xəmirin yarısını töküb almaları düzün və darçın səpin.

Qalan xəmiri də almaların üzərini örtəcək şəkildə əlavə edin.

180 dərərcə isidilmiş sobada 40-45 dəqiqə bişirin.

Soyudub qabdan çıxarın.

Çox asan və sadə hazırlanan, amma çox ləzzətli bir desert əldə edəcəksiz.

Nuş olsun!

Almali sirniyyat resepti

Almali sirniyyat resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...