Biskvit tortu meyveli.

Şəkər xəmiri ilə işləməyi sevirəm. Həm zövqlü, həm də maraqlıdı. Amma səbr və hövsələ tələb edir. Əgər hazır şəkər xəmiriniz və kəsmək üçün alətləriniz varsa, işiniz bir az asan olacaq.
Bu dəfə sadə bəzəkli, şaftalılı biskvit tortunu sınaqdan keçirdim. Bu biskvit çox yüngül və havalı alınır.

Lazım olan ərzaqlar:

Biskvit üçün:

  • 7 yumurta
  • 200 qr şəkər (1 stəkan)
  • 120 qr un (1/2 stəkan)
  • 75 qr nişasta (1/3 stəkan)
  • vanil

Krem üçün:

  • yarım banka qatılaşdırılmış süd (qaynanmış)
  • 250 qr qaymaq

Arasına:

  • 2 çox yetişməmiş şaftalı

Yumurtaların ağını sarısından ayırın.

Şəkər tozunun yarısı ilə yumurta ağlarını bərkiyənə qədər mikserlə qarışdırın.

Şəkər tozunun digər yarısı ilə vanili də əlavə edib yumurta sarılarını mikserlə qarışdırın.

Yumurta sarısı və ağları olan məhlulları ehtiyatla qarışdırın, üzərinə un və nişastanı qarışdırıb ələkdən keçirin. Qaşıqla ehtiyatla tam qarışana qədər qarışdırın.

Soba qabına kalka kağızı salıb xəmiri tökün və 180 dərəcədə içi bişənə qədər bişirin. Hazır olmasını çöp ilə yoxlaya bilərsiz. Çöpü biskvitə batırdıqda quru çıxırsa deməli biskvitin içi də bişib.

(Forma 25 sm.likdir)

Hazır olan biskviti soyudub qabdan çıxarın.

Biskvit bişib hazır olana qədər kremi hazırlayaq.

Bunun üçün qaymağı bərkiyənə qədər mikserlə çalın və qatılaşdırılmış südü az-az əlavə edərək qarışdırın.

Biskvit soyuduqdan sonra 2 və ya 3 bərabər hissəyə bölüb, arasını yaxşıca kremləyib doğranmış şaftalı tökün, tortun üstünü və kənarlarını da kremləyin.

Şəkər xəmiri ilə zövqünüzə və fantaziyanızaa görə bəzəyə bilərsiz.
tortun kəsiyini çəkə bilmədim. Ona görə bütöv halı ilə kifayətlənməli olacaqsız 🙂

Nuş olsun!

Biskvit tortu meyveli

Biskvit tortu meyveli