Cemli maffinler.

Bu maffinlər yumşaq və havalı alınır. İçərisinə istənilən cemdən istifadə edə bilərsiniz. Yaxşı olar ki, turş meyvələrin cemi olsun. Mən moruq cemi ilə hazırlamışam.

Lazım olan ərzaqlar:

  • 1 st. şəkər tozu
  • Yumurta 1 ədəd
  • 1 st. qatıq
  • 3/4 st. duru iysiz yağ
  • 2 st. un
  • 1.5  ç.q. qabartma tozu
  • vanilin
  • istənilən qatı cem

Şəkər tozu və yumurtanı mikser və ya çırpma teli ilə çalın.

Üzərinə qatıq, duru yağ və vanilin töküb qarışdırın.

Un və qabartma tozunu birlikdə ələkdən keçirib tökün və qaşıqla qaırşdırın.

Maffin qablarına kağızları qoyub içinə yarıya qədər xəmirdən tökün və üzərinə bir çay qaşığı cem qoyun.

Cemin üzərindən yenə xəmir tökün.

Sobanı əvvəlcədən qızdırıb 180 dərəcədə maffinlər hazır olana qədər (30-30 dəqiqə) bişirin.

Nuş olsun!

Cemli maffinler

Cemli maffinler

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...