Findiqli qurabiye.

Qurabiyələr hər zaman tez və asan hazırlanması baxımından əla şirniyyat seçimidir. Müxtəlif əlavələr edərək  fərqli dadda qurabiyələr hazırlamaq mümkündür. Bu reseptdə sizə qovrulmuş fındıqlı və portağal ətirli qurabiyələri təqdim edirəm.

Lazım olan ərzaqlar:

  • 200 qr kərə yağı (otaq temperaturunda yumşalmış)
  • 2 yumurta
  • 1 stəkan şəkər tozu
  • 1 çay qaşığı qabartma tozu
  • 2,5 stəkan un
  • 1 stəkan fındıq (qovrulmuş və 2 yerə bölünmüş)
  • 1 ədəd portağalın qabığı (sürtkəcin xırda gözündən keçirilir)

Yumşalmış kərə yağını və şəkəri mikserlə çalıb, yumurtaları əlavə edib ağarana qədər çalın.

Un və qabartma tozunu bura əlavə edib ələ yapışmayan, elastik xəmir alınana qədər yoğurun.

Fındıq və portağal qabığını da əlavə edib xəmirə qarışdırın.

Sobanın tavasına kalka kağızı sərib,xəmirdən əl ilə və ya qaşıqla bərabər və yumru hissələr götürüb düzün.

 

180 dərəcə temperaturda 15 dəqiqə bişirin.

Qurabiyələrimiz hazırdır! Bir stəkan çay, kofe və ya süd ilə bu qurabiyələr  yerinə düşəcək blush

Findiqli qurabiye.

Findiqli qurabiye.

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...