Keks resepti portagalli kismisli.

Yeni il ərəfəsində daha çox şokoladlı, portağallı, ətirli şirniyyatlar hazırlanır. Bu keks də yeni il ərəfəsində hazırlaya biləcəyiniz şirniyyatdır. Evi portağal və təzə bişmiş keks iyi bürüyəcək.

Lazım olan ərzaqlar:

  • 2 yumurta
  • 1 st. şəkər tozu
  • 150 qr kərə yağı
  • 1 ədəd portağal
  • 1.5 st. un
  • 1 dolu ç.q. qabartma tozu
  • 100 qr kişmiş

Yumşalmış kərə yağını şəkər tozu ilə çəngəllə qarışdırın.

Üzərinə yumurtaları bir-bir əlavə edib mikserlə qarışdırın. Bir portağalın şirəsini sıxıb əlavə edin və qarışdırın.

Unu qabartma tozu ilə birlikdə ələkdən keçirib  qaşıq ilə qarışdırın.

Və sonda kişmişləri töküb qarışdırın.

Keks qabını yağlayıb xəmiri tökün.

180 dərəcədə isidilmiş sobada 40-45 dəqiqə bişirin.

Soyuduqdan sonra üzərinə şəkər kirşanı səpin.

Nuş olsun!

Keks resepti portagalli kismisli

Keks resepti portagalli kismisli

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...