Keks resepti sokoladli.

Şokoladın tərkibindəki triptofan maddəsi insan orqanizmində xoşbəxtlik hormonu adlanan endorfinin ifrazını artırır və bu da əhval-ruhiyyənin yaxşılaşmasına səbəb olur. Bu keksi hazırlamaqla isə siz əhval-ruhiyyənizi iki qat artırmış olarsız.

Lazım olan ərzaqlar:

  • 250 ml Süd
  • 250 qr şokolad
  • 150 qr kərə yağı
  • 150 qr şəkər
  • 5 yumurta
  • 150 qr un
  • 4 x.q kakao
  • 1 ç.q. qabartma tozu

Südü və kərə yağını qazana töküb odun üzərinə qoyun və kərə yağı əriyənədək qızdırın.

Odun üstündən götürüb şokoladı tökün.

okolad tam əriyənə qədər qarışdırın və soyumağı üçün kənara qoyun.

Yumurtaları və şəkəri ağarana qədər mikserlə çalın.

Un, kakao və qabartma tozunu qarışdırıb ələkdən keçirib çaldığınız yumurtaların üzərinə tökün.

Çırpma teli və ya qaşıqla eynicinsli məhlul alınana qədər qarışdırın.

Ərimiş şokoladlı məhlulu da bura əlavə edib qarışdırın.

Sobanın listinə kalka kağızı salın və məhlulu tökün.

160-170 dərəcəyə qədər qızdırılmış sobada 45-50 dəqiqə bişirin.

Dərəcəni və vaxtı öz sobanıza görə tənzimləyin. Keksin hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın, çöp qurudursa, keks hazırdır.

Üzərini şəkər pudrası ilə istədiyiniz kimi bəzəyin.

Bu da kəsiyinin görüntüsü.

Keks resepti sokoladli

Keks resepti sokoladli

Bu biskivit ilə arasına sevdiyiniz kremi çəkib tort da hazırlamaq mümkündür. Keksi soyuducuda saxlamağınız məsləhətdir.

Nuş olsun!

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...