Maffin resepti qaragatli.

Giləmeyvələrin mövsümü bitməmiş şansı əldən verməyin, bu dadlı, fərqli maffinlərdən hazırlayın. Alt hissəsi yumşaq qarağatlı keks, üstü darçınlı “xırt-xırtlı” maffinlər çox xoşunuza gələcək. Darçın və qarağat bir arada.. Hələ maffinlər bişəndə evi bürüyən ətri demirəm..

Lazım olan ərzaqlar:

  • 1 yumurta
  • 1/3 st. bitki yağı (iysiz)
  • 1 çimdik duz
  • 1,5 st. un
  • 3/4 st. şəkər
  • 2 ç.q. qabartma tozu
  • 1/3 st süd
  • 1 st. qarağat

Üzəri üçün:

  • 1 ç.q. darçın
  • 0.5 st. şəkər
  • 1/3 st. un
  • 80 qr kərə yağı (yumşalmış)

Un, qabartma tozu, duz və şəkəri bir qabda qarışdırın.

Digər qabda yumurta, bitki yağı və südü qarışdırın.

Sonra bu maye qarışığı quru ərzaqların (un, şəkər, duz, qabartma tozu) üzərinə töküb çırpma teli ilə yaxşı qarışdırın.

Qarağatları yuyub, qurudub xəmirə əlavə edib ehtiyatla qarışdırın ki, əzilməsinlər.

Başqa bir qabda yumşalmış kərə yağı, şəkər, un və darçını çəngəllə qarışdırın.

Belə konsistensiyalı bir xəmir alınacaq.

Maffin qabını yağlayın və ya kağızlar yerləşdirib qarağatlı xəmirdən tam dolmamaq şərti ilə tökün.

Üzərindən darçınlı xəmirdən səpin.

Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə bişirin. Soyudub qabdan çıxarın.

Nuş olsun! 🙂

Maffin resepti qaragatli

Maffin resepti qaragatli

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...