Napoleon tortu.

Fransa və İtaliyada bu tortu millefeuille (1000 qat)  adlandırırlar. Müxtəlif ölkələrdə fərqli adlarla tanınan bu tortun tarixdə Napoleon Bonapartın Rusiyadan qovulmasının 100 illiyi münasibətilə hazırlandığı deyilir. Əvvəllər bu tort dördkünc formada hazırlanıb üçbucaqlar şəklində doğranardı, bu üçbucaqlar Napoleon Bonapartın papağını xatırladırdı. Bu ad bizim dövrə qədər gəlib çıxmış, amma tortun doğranması və forması dəyişmişdir.

Digər versiyaya görə isə bu tort Neapolda Napolitano adı ilə hazırlanmışdır.

Hal-hazırda bu şirniyyatın klassik reseptdən fərqlənən bir çox fərqli versiyalarda hazırlanma qaydaları var.

Lazım olan ərzaqlar:

  • 350 qr kərə yağı
  • 2 yumurta
  • 150 ml su
  • 650 qr un
  • 1 x.q. sirkə
  • bir çimdik duz

Krem üçün:

  • 3 st. Süd
  • 1.5 st şəkər
  • 1 yumurta
  • 1 x.q nişasta
  • 3 x.q un
  • 250 qr yağ

Yumurta, duz, sirkəni bir qabda qarışdırın.

Soyuq kərə yağını doğrayın unun üzərinə töküb bıçaqla döyün.

Unun ortasına çuxur açıb mayeni töküb xəmir yoğurun.

Xəmiri sellofana büküb 1-1.5 saat soyuducuda saxlayın. Həmin vaxtda kremi hazırlayın.

Krem üçün un, nişasta və yumurtanı qarışdırın.

Üzərinə şəkər və südü əlavə edib odun üzərinə qoyub qarışdıra-qarışdıra qatılaşana qədər bişirin.

Sonra kənara çəkib soyudun.

Yumşalmış kərə yağını mikserlə ağarana qədər çalın.

Soyutduğunuz məhlulu yağ ilə birlikdə mikserlə çalın və kremi soyuducuya qoyun.

Xəmiri soyuducudan çıxarıb kündələrə bölün. Mən 12 kündəyə böldüm.

Kündələri soyuducuya qoyub 1-1 götürüb yayın.

Üzərinə tortu hazırlayacağınız qabın ölçüsünə uyğun boşqab qoyub dairəvi kəsin və çəngəllə hər tərəfini deşin.

Kəsdiyiniz kənarları ilə birlikdə sobada 200 dərəcədə 5-6 dəqiqə bişirin.

Korjların arasını yaxşıca kremləyib hər korju astaca əlinizlə basın ki, aşağı yatsın. Tortun kənarlarını və üstünü də kremləyin. Kənarlarından artıq qalan qırıntıları xırdalayıb tortun hər tərəfinə səpib bəzəyin.

Napoleon Tortu

Tort 1 gün soyuducuda qalandan sonra yeyilməlidir, onda krem korjları yaxşı isladır, tort daha yumşaq olur.

Ən çox sevdiyim tortlardan biri də məhz bu tortdur.

Bu kremlə isə xüsusi dadlı olur.

Bu da 2 gün sonra çəkdiyim kəsiyinin şəkli.

Siz də mütləq hazırlayın. Nuş olsun!

Napoleon tortu

Napoleon tortu

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...