Piroq resepti armudlu.

Şokolad qırıntılı, üyüdülmüş badam və armudlu çox ləzzətli və ətirli piroq. Tez hazırlanır, tez də yeyilib bitir 🙂

Lazım olan ərzaqlar:

  • 100 qr badam (qoz və ya fındıq)
  • 150 qr kərə yağı
  • 2 yumurta
  • 150 qr şəkər tozu (1 stəkandan 1 barmaq az)
  • 1 stəkan un (160 qr)
  • 50 qr tünd şokolad
  • 1 çay qaşığı qabartma tozu
  • Bir qədər limon suyu ( armudları islatmaq üçün)
  • 2 xörək qaşığı bal və ya ərik cemi (piroqun üzəri üçün)

Şəkər tozunu yumurtalarla qarışdırın, mikserə ehtiyac yoxdur, çəngəl və ya çırpma teli ilə qarışdırsaz kifayətdir. Yumşaq kərə yağını da əlavə edib bir az qarışdırın.

Badamları bir az qovurub blenderdə üyüdüb bura əlavə edin.

Un və qabartma tozunu ələkdən keçirib qaşıq ilə qarışdırın.

Sonra 1 ədəd armudu soyub, təmizləyib kiçik kub şəklində doğrayıb piroqa qatın. Şokoladı da xırda hissəciklərə bölüb keks xəmirinə əlavə edin.

Piroqu bişirəcəyiniz qabı yağlayıb bir az un səpin və ya yapışmayan kalka kağızından istifadə edin. Keks xəmirini bura boşaldıb hamarlayın.

Qalan iki armudu soyub nazik şəkildə doğrayın və üzərinə bir az limon suyu sıxın ki, qaralmasın. Keksin üzərinə düzün. 160 dərəcə isidilmiş sobada 1 saat bişirin. Bu piroq bir az gec bişir. Tərkibində armud olduğu üçün sulu olur. Mütləq çöplə bişdiyini yoxlayın və lazım gələrsə bişmə müddətini artırın.

Soyuduqdan sonra armudların üzərinə bal və ya cem çəkə bilərsiz. Bu, həm piroqu parıltılı edəcək, həm də armudları qurumağa qoymayacaq.

Ləzzətindən doymayacaqsız, əminəm 🙂

Nuş olsun!

Piroq resepti armudlu

Piroq resepti armudlu

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...