Piroq resepti yay meyvelerile.

Yayda meyvə və giləmeyvələrin bol olduğu vaxtda bu piroq lap yerinə düşəcək. Çox asan və tez başa gəlir. Yumşaq, yüngül, çox ləzzətli piroq alınır. Ən çox xoşuma gələn isə fərqli meyvələrdən istifadə olunmasıdır, piroqa əsl yay əhval-ruhiyyəsi, rəngarənglik verir.

Lazım olan ərzaqlar:

  • 1 x.q. sirkə
  • 1 ç.q. qabartma tozu
  • 275 qr un
  • 125 qr kərə yağı (otaq temperaturunda yumşalmış)
  • 150 qr şəkər
  • 2 yumurta və 1 yumurtanın sarısı
  • vanil
  • 125 ml ilıq süd
  • 1 x.q. qarğıdalı nişastası
  • 3 x.q. manna yarması
  • meyvə və giləmeyvələr (Öz zövqünüzə görə seçə bilərsiz . Mən şaftalı, gavalı, moruq və çiyələkdən istifadə etmişəm)

Yağ və şəkəri qarışdırın.

Yumurtaları əlavə edib mikserlə ağarana qədər çalın.

Süd əlavə edib qarışdırın.

Un, nişasta, qabartma tozunu ələkdən keçirib bura əlavə edib mikserin aşağı sürətində qarışdırın.

Sirkə və manna yarmasını da əlavə edib hamısını yaxşı qarışdırın.

Soba qabına (məndə 20*30 sm.lik formadır) yapışmayan kağız salıb xəmiri tökün və üzərindən meyvələri istədiyiniz kimi düzün.

180-190 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə bişirin. İçinin bişib-bişmədiyini çöplə yoxlaya bilərsiz. Piroq soyuyandan sonra doğraya bilərsiz.

Yumşaq və ləzzətli bir piroqdur. Nə qədər ki, meyvələrin mövsümüdür hazırlamağınızı məsləhət görərdim.

Piroq resepti yay meyvelerile

Piroq resepti yay meyvelerile

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...