Qoyun qurabiyesi.

Qarşıdan gələn 2015ci il Qoyun ilidir. Yeni il axşamı süfrələriniz üçün sadə qurabiyələri bu formada hazırlaya bilərsiniz.

Ərzaqlar:

  • 100 qr şəkər pudrası ( yarım st.dan bir az çox)
  • 1 yumurta
  • 1 st. un
  • 100 qr kərə yağı ( yumşalmış)
  • 1 desert qaşığı kakao

Yumşaq kərə yağı ilə şəkər pudrasını çəngəl ilə qarışdırın.

Üzərinə yumurtanı qırıb qarışdırın.

Sonra bu qarışıma unu ələkdən keçirib tökün,

qarışdırıb yumşaq ələ yapışmayan xəmir yoğurun.

Alınan xəmiri 2 yerə bölün, bir kiçik və bir böyük hissəyə. Xəmirin 1/3 hissəsinə kakao qatın. Sonra xəmirləri sellofana büküb soyuducuda ən az 30 dəqiqə saxlayın.

Listi yağlayın və ya kalka kağızı sərib qurabiyələrə şəkildəki kimi forma verib listə düzün. Forma vermək çox asandı. Sadəcə kiçik toplar şəklində götürüb yumurlayıb yan-yana düzün, qoyunun bədəni hazır olduqdan sonra kakaolu xəmirdən baş, ayaq və qulaq düzəldib diş çöpü ilə cızıqlar çəkin və göz qoyun.

180 dərəcəli sobada 15 dəqiqə bişirin.

Soyuduqdan sonra üzərinə şəkər pudarsı səpin.

Nuş olsun!

Qoyun qurabiyesi

Qoyun qurabiyesi

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...