Sokolad pastali qurabiye.

Ne vaxtdır soyuducuda istifadəsiz qalmış Nutelladan qurabiyə bişirməyə qərar verdim. İnternetdə Nutella ilə bir çox reseptlər var. Sonda bir türk saytından tapdığım bu resepti bəzi dəyişikliklər etməklə sınaqdan keçirdim. Nəticə yaxşı alındı, yumşaq, içi şokoladlı qurabiyələr çay, kofe və ya süd ilə çox ləzzətli olur.

Lazım olan ərzaqlar:

  • 125 qr kərə yağı (yumşalmış)
  • 1 armudu stəkan qatıq
  • 3 x.q. şəkər kirşanı
  • 1 paket vanil tozu və ya 1 ç.q. vanil ekstraktı
  • 1,5 ç.q qabartma tozu
  • təxminən 300 qr un

İçi üçün:

  • 2-3 x.q. şokolad pastası

Üzərinə:

  • şəkər kirşanı

Xəmir üçün lazım olan bütün ərzaqları bir qaba töküb xəmir yoğurun.

Alınan xəmirdən qoz böyüklüyündə hissələr ayırıb əlinizdə açıb içinə yarım çay qaşığı şokolad pastası qoyub bükün.

Sobanın listini yağlayın. Bükdüyünüz qurabiyələri bükülmüş tərəfi aşağı olmaqla listə yığın. Üzərini örtüb 30 dəqiqə soyuducuda saxlayın.

Sonra 180 dərəcədə isidilmiş sobada üzəri qızarana qədər bişirin. Soyuyandan sonra üzərinə şəkər kirşanı səpin.

Yumşaq, içi şokoladlı qurabiyələrinizin dadına baxa bilərsiz.

Nuş olsun!

Sokolad pastali qurabiye

Sokolad pastali qurabiye

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...