Sokoladli qurabiye resepti.

Bu qurabiyələr amerikan qurabiyələri ( American cookies) kimi məşhurdur. Sadə ərzaqlarla tez zamanda dadlı şirniyyat hazırlaya bilərsiz. Bişmə müddətindən asılı olaraq yumşaq və ya ağızda dağılan konsistensiyada alına bilər.

Ərzaqlar:

  • 2 st. + 1/4 st. un
  • 1 st. şəkər tozu
  • 100 qr kərə yağı ( otaq temperaturunda yumşaldılmış)
  • 2 yumurta
  • 0.5  ç.q. qabartma tozu
  • Bir çimdik duz
  • 1 ç.q vanil tozu
  • 1 st. damla şokolad

Kərə yağını və şəkər tozunu mikserlə qarışdırın.

Yumurtaları, duz və vanili əlavə edin.

Ağarıb şişənə qədər mikserlə qarışdırın.

Unu və qabartma tozunu birlikdə qarışdırıb ələkdən keçirib bura əlavə edin və qaşıqla qarışdırın.

Damla şokoladı da əlavə edib qarışdırın.

Listə yağlı kağız salıb qaşıqla xəmirdən bir-birindən aralı şəkildə qoyun.

180 dərəcəli sobda 10-15 dəqiqə bişirin.

Yumşaq olmağını istəyirsizsə qurabiyələri çox qızartmayın. Xırçıltılı olmağını istəyirsizsə azca qızaranda götürün.

Nuş Olsun!

Sokoladli qurabiye resepti

Sokoladli qurabiye resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...