Sogan bozbasi resepti

Soğan bozbaşı Azərbaycan mətbəxinin qədim yeməklərindən biridir. Zəngin tərkibi və fərqli ləzzəti ilə seçilir. Tərkibində bol soğan olduğuna görə soğan bozbaşı deyilir. İstəyinizə görə su və yaxud ət bulyonunda bişirə bilərsiniz.

Lazım olan ərzaqlar:

  • sarıkök
  • yağ
  • 2 yumurta
  • 2 xörək qaşığı yumru düyü
  • 1 ədəd heyva
  • 4 ədəd böyük soğan
  • 2 ədəd kartof
  • 7-8 ədəd şabalıd
  • yarım stəkan qaragöz lobya
  • su və ya ət bulyonu
  • duz
  • quru nanə

Lobyanı suda yumşalana qədər qaynadıb suyunu süzün.
Şabalıdı qabığından təmizləyin. Bunun üçün şabalıdın qabığını bir az çərtib suda qaynadıb qabığını təmizləyin.
Kartofu kub şəklində doğrayın.
Heyvanı təmizləyib doğrayın.

Soğanları soyub yarımhalqa şəklində nazik doğrayın. Kərə yağında orda odda tam yumşalıb rəngi saralıb bir az qızarana qədər bişirin.

Qazanda 1 litrə qədər su qaynadın. Bişirdiyiniz soğanı əlavə edin. Kartofu, düyünü töküb az odda yumşalana qədər bişirin. Sonra heyva, lobya və şabalıdı da şorbaya əlavə edin. Şorba bişdikdən sonra yumurtaları ayrı qabda çalıb isti-isti şorbaın hər tərəfinə töküb, altını söndürün.

Süfrəyə verdikdə üzərinə quru nanə səpin.

Nuş olsun!

Sogan bozbasi resepti

Sogan bozbasi resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...