Eceb sandal resepti

Əcəbsəndəli və ya əcəbsəndəl bir çox türk və qafqaz millətlərinin yeməyidir. Türk dillərindən tərcümədə mənası “necə də ləzzətlisən” deməkdir. Hazırlanması asan, dadı damaqdan getməyən əsil yay fəslinə uyğun yeməkdir.

Lazım olan ərzaqlar:

  • 1 kq sümüklü ət
  • 2 dəd böyük badımcan
  • 1 ədəd soğan
  • 2 ədəd şirin bibər
  • 3 ədəd pomidor
  • cəfəri
  • duz
  • istiot
  • 2 dilim limon
  • yarım stəkan su

Sümüklü ət tikələri yuyulub qazanın dibinə düzülür. Soğan yarım halqa şəklində nazik doğranıb ətin üzərindən düzülür. Daha sonra badımcan arabir soyulub doğranır və soğanın üzərindən düzülür. Pomidoru soyub və bibəri də orta ölçülü doğrayıb bura əlavə edirik.

Cəfəri xırda doğranır ən üstə əlavə olunur, limon dilimləri qoyulur, duz və istiot vurulur, su tökülüb az odda qazanın qapağı bağlı şəkildə təxminən 1 saat müddətində bişirilir.

Süfrəyə isti-isti verilir.

Nuş olsun!

Eceb sandal resepti

Eceb sandal resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...