Baliq levengisi

Bu ləvəngi resepti bir qədər fərqli ərzaqlarla hazırlanır. Klassik ləvəngidən fərqli olaraq bura kişmiş və zirinc də istifadə olunur. Şirin və turş dadlar birlikdə çox fərqli ləzzət ortaya çıxarır.

Lazım olan ərzaqlar:

  • 2 baş soğan
  • 150 qr sarı kişmiş
  • 1 ədəd kütüm və ya başqa böyük ölçülü balıq
  • 200 qr qoz
  • 50 qr zirinc
  • 2 çay qaşığı alça turşusu
  • istiot
  • duz

Balıq təmizlənib yuyulduqdan sonra hər tərəfinə duz, istiot və alça turşusu  vurulur.

Ləvəngi üçün soğan doğranıb yağda qızardılır. Sonra qoz, kişmiş, zirin və qızardılmış soğan birlikdə ət maşınından çəkilir. Duz, istiot və turşu ilə qarışdırılır.

Ləvəngini balığın içinə doldurub ağzı tikilir və sobada 190 dərəcədə 30-40 dəqiqə bişirilir.

Ləvənginin yanında süfrəyə sadə plov verə bilərsiniz.

Nuş olsun!

Baliq levengisi

Baliq levengisi

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...