Kartof kroket

Kartof kroketlərini müxtəlif içliklərlə hazırlayırlar, pendir, göyərti, müxtəlif balıq növləri və ya ət ilə. Onlar hansısa yeməyə qarnir olaraq, və ya ayrılıqda xama ilə yeməyə çox ləzzətlidirlər. Kroketləri adətən fritür aparatında qızardırlar, ancaq adi tavada bol yağda da qızartmaq mümkündür.

Lazım olan ərzaqlar:

  • 4 ədəd kartof
  • 50 ml süd
  • 1 xörək qaşığı kərə yağı
  • 1 ədəd yumurta
  • 50-100 qr pendir
  • 5-6 xörək qaşığı un
  • xırdalanmış çörək ovuntusu (suxari)
  • duz
  • istiot
  • bitki yağı (qızartmaq üçün)

Kartofları soyub, suda qaynadın, suyunu süzüb, duz, istiot, kərə yağı və sed ilə qatı püre halına gələnə qədər əzin.

Pendiri sürtkəcdən keçirin və yumurta əlavə edib qarışdırın. Yumurta əlavə etdikdə kartoflar soyumuş olmalıdır, çünki yumurta istidən bişə bilər.

Sonra bu qarışıma un əlavə edib qarışdırın. Qarışığın konsistensiyası yumru toplar hazırlayacaq qədər bərk olmalıdır, çox yumşaq olsa topları yumurlamaq alınmayacaq.

Qarışıqdan bir qaşıq həcmində götürüb əlinizi suya batırıb yumru top şəklinə salın və bu topları suxaridə hər tərəfini fırladın.

Yağı qızdırıb kroketləri yağa salıb qızardın. Elə edin ki, bir-birinə toxunmadan qızarsınlar. Qızarmış kroketləri salfet üzərinə yığın ki, artıq yağı süzülsün.

Süfrəyə hər hansı ət yeməyinin yanında və ya ayrıca bir yemək kimi yanında xama ilə verə bilərsiniz.

Nuş olsun!

Kartof kroket

Kartof kroket

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...